21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İnsanların əsirlərə qarşı münasibətini dəyişən çıxışlar
02.07.2018

Kufə və Şam şəhərinin küçə və bazarında onları dolandırırlar, insanlar da onlara baxırlar ki, bunlar kimdirlər? Və sözsüz ki, qoşun daha çox olur və əks təbliğat aparır ki, bunlar xaricilərdir, bunlar xilafətə qarşı çıxanlardır. Amma insanlar bilirdilər İmam Hüseyn kimdir. Zeynəbi tanıyırdılar, Əlinin balasıdır və Xanım Zəhranın törəmələridir. Bilirdilər imamdır, imam qızıdır amma üzdən tanımırdılar. Ona görə xanımın, İmam Səccadın və başqa nitqi bəlağəti olanların missiyası idi ki, özlərini tanıtdırsınlar. Və necə tanıtdırırdılar? Quran ayələri ilə. Peyğəmbərdən sitatlar gətirməklə. İmam Əlidən, Xanım Zəhradan sitatlar gətirməklə. Bu şeylər ilə onlar özlərini tanıtdırırdılar.

Bilirik ki, bazar səsli-küylü yerdir. Xanım Zeynəb bütün səsin-küyün içində insanların bunlara baxmaqlarını, kiminin daş götürüb bunlara atmaqlarını, hansısa ərzaqları götürüb atmaqlarını, görüb orada bir xütbə oxuyur. Xanım Zeynəb onları oyadır. Və xanımın dediyi o yanıqlı xütbəsindən sonra insanlarda bir hal dəyişikliyi olur. İnsanlar ayılırlar, qadınlar ağlamağa başlayırlar. Bir-birləri ilə baxışırlar. Yəni həqiqətən də Xanım Zeynəbin o dedikləri təsir edir. İnsanlar deyirlər niyə belə olur? Axı niyə Əlinin balası belə öldürüldü? Axı bu şəxs peyğəmbər nəvəsidir. Hansı bir halına görə, hansı bir hərəkətinə görə Hüseyn (ə) öldürüldü? Və insanların hallarının dəyişməsi onları düşünməyə vadar edir.

Elnarə Paşayeva