23 Noyabr 2024 - 23
Məhərrəm ayının 12-də artıq İmam Hüseynin əsir götürülmüş Əhli-beyti Kufədə lənətlənmiş Ubeydullah ibni Ziyadın hüzuruna gətirilmişdilər.
Ubeydullah bir neçə gündən sonra əsirləri Dəməşqə Yezidin hüzuruna göndərdi. Hədislərə görə, əsirlər iki həftədən artıq yol getdilər və səfər ayının əvvəlində Şama çatdılar. Bütün bu müddət ərzində onlar lüt dəvələrlə aparılır, əsl döyüş əsirləri kimi nümayiş etdirilirdilər.
Mosulda “İmam Hüseynin başı” məqamının olması bundan xəbər verir ki, əsirlərin Şama aparılan yolu indiki Tikrit, Mosul, Sincar, Hələb və Bəl-Bəkdən keçərək Dəməşqə çatıb.
Bəs Aşura faciəsindən sonra İmam Hüseynin karvanından kimlər sağ qalmışdı.
Tarixçilər bəziləri bu rəqəmin 12, bəziləri 14 bəziləri isə 5 olduğunu deyirlər.
Qazi Noman Məğribi sağ qalan və Şama aparılan əsirlərin sayının 14 olduğunu deyib.
Hədislər və tarixi faktlara əsasən Aşuradan sonra sağ qalan və əsir götürülənlər bunlar idi:
1. İmam Səccad, 2. İmam Baqir, 3. Ömər ibn Hüseyn ibn Əli, 4. Məhəmməd ibn Hüseyn ibn Əli, 5. Zeyd ibn Həsən ibn Əli, 6. Əmr ibn Həsən ibn Əli, 7. Məhəmməd ibn Əmr ibn Həsən, 8. Cəfərin iki övladı, 9. Abdullah ibn Abbas ibn Əli, 10. Qasim ibn Abdullah ibn Cəfər, 11. Qasim ibn Məhəmməd ibn Cəfər, 12. Məhəmməd ibn Əqil Əsğər, 13. Əqəbət ibn Səman Rübabın nökəri, 14. Əbdürrəhman ibn Əbdu-rəbbih Ənsarinin nökəri, 15. Muslim ibn Rəbah İmam Əlinin nökəri 16. Əli ibn Osman Məğribi
Qadınlar:
1. Həzrət Zeynəb, 2. Fatimə, 3. Ümmu-Külsüm, 4. Ümmu-Həsən (İmam Əlinin qızları), 5. Fatimə, 6. Sukəyna, 7. Fatimət Suğra (İmam Hüseynin qızları), 8. Rübab (İmam Hüseynin həyat yoldaşı Sukeyna ilə südəmər Abdullahın anası), 9. Ümmu-Muhəmməd (İmam Həsənin qızı, İmam Səccadın həyat yoldaşı)
Bəzi tarixçilər əsirlərin siyahısına digər qadınların adlarını da əlavə ediblər ki, onlar Kərbəlada İmam Hüseynə və ailəsinə yardım etməkdə ittihamlandırılmışdılar. O cümlədən 1. Mariyə binti Səd (Onun evində şiələr toplaşırdı). 2. Əşəs ibni Qeysin Kənizi Tuə (O Müslim ibn Əqilin Kufədə tək qaldığı zamanı evində ona sığınacaq verən qadındır). 3. Dilhəm (Həyat yoldaşı Zuheyri İmam Hüseynə qoşulmağa təşviq edən qadın) 4. Əsirlərin Kufəyə gətirilməsi zamanı əsirlərə paltar və qida verən qadın.
(mgeo)