21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseyn və Fədakarlıq
30.07.2018

Fədakarlıqdan danışarkən başqasının rahatlıq və xoşbəxtliyini öz rahatlıq və xoşbəxtliyimizdən üstün tutmağı nəzərdə tuturuq.

Birinin fədakarlıq hissinə sahib olması üçün ehtiyac duyduğu ilk element mənəmçilik hissindən azad olmasıdır. Çünki xudbin insan heç vaxt fədakarlıq edə bilməz.

Ətrafa baxdığımızda müxtəlif fədakarlıq nümunələri görə bilərik. Bizə ən yaxın olan nümunə analarımızdır. Görərik ki, analar çox asanlıqla öz rahatlıqlarını övladlarının rahatlığı uğrunda fəda edirlər.

Bəzən həyatda elə olur ki, biz də fədakarlıq etməyə çağırılırıq. Bəzən bu fədakarlıq həm doğru, həm də asan iş olur. Əksər hallarda isə, doğrusunu etiraf etsək, nisbətən asan olan yolu seçirik. Çünki doğru işi görmək çox vaxt elə bir fədakarlıq tələb edir ki, biz bunu etməyə hazır olmuruq. Belə hallarda düşünürük ki, bu işin bizə aidiyyəti yoxdur, bu başqalarının problemidir, başqaları buna görə ayağa qalxmalıdır.

Lakin bir problemə görə əksəriyyətimiz ayağa durmadıqca bir gün oyanıb görərik ki, özümüz çətin vəziyyətdəyik və heç kəs yardımımıza gəlmir.

Hüseynin əhvalatı buna çox parlaq bir misaldır ki, bu insanın gördüyü iş həm doğru, həm də asan idi. Onun dövründə heç kəs zalıma qarşı baş qaldırmamışdı, zülmləri görməzlikdən gəlmişdilər və beləcə faciəyə yol açdılar.

Əlbəttə, Hüseynin də belə bir seçimi var idi, sadəcə öz şəxsi həyatı ilə məşğul olub beləcə ömrünü başa vura bilərdi. O da bu proseslərdən yan keçə bilərdi, bir kağız parçası imzalayıb, həyatına davam edə bilərdi.

Lakin o, doğru olanı seçdi. Və bu bizim üçün də bir dərsdir. Gələn dəfə biz də asan işlə doğru olan iş arasında seçim etməli ola bilərik və görəsən hansı yolu seçərik?