21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) haqqında hədislər
09.04.2019

Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır.
(Səf surəsi, ayə 8)

Peyğəmbər (s) buyurub: «Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.»
(Xəsaisul Hüseyniyyə, səh. 48)

Peyğəmbər (s) buyurub: Möminlərin qəlbində imam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.
(Xəsaisul-Hüseyniyyə, səh. 70)

Allahın Rəsulu (s) buyurub: «Hər kəs yer əhli içərisində asiman əhlinə ən sevimli olan bir kəsə baxmaq istəsə, Hüseynə baxsın.»
(Mənaqibi ibni ŞəhrAşub: 4/73)

İmam Sadiq (ə) həmişə deyərdi: «Hər möminin göz yaşının tökülməsinin səbəbi Hüseyn (ə)-ın məzlumanə şəhadətə yetrilməsidir.»
(Bihar, 44-cü cild, səh. 280)

İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.»
(Bihar, 44-cü cild, səh. 280)

İmam Sadiq (ə) buyurub: «Əmirəl-möminin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: Ey möminlərin göz yaşı!
Hüseyn (ə) soruşdu: Atacan məni deyirsən? İmam Əli (ə) buyurdu: Bəli, ey mənim əziz oğlum!»
(Bihar, 44-cü cild/ Kamiluz-ziyarat, səh. 280)


İmam Riza (ə) buyurub: «Hər kəs imam Hüseyn (ə)-ın qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir. «Cabir ibni Əbdullah Ənsari Ətiyyə ilə Kərbəla ziyarətinə getdikdə bu hədisi zəmzəmə edərək deyirdi:

Peyğəmbədən (s) eşitmişəm ki, buyurub: «Hər kəs imam Hüseyn (ə)-ı Kərbəlada ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edibdir.»
(Mənaqibi İbni ŞəhrAşub, 4-cü cild, səh. 128)