21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseynin şərəf və heysiyyəti
13.08.2018

Bugünkü dünyada ən asan iş axına qoşulmaqdır. Hər kəs kimi, heç nə etmədən, heç nə danışmadan, prinsiplərinizə əməl etmədən.

Əgər bunun əksini etmək istəsəniz, o zaman mübarizəyə qoşulmuş olarsınız, mövcud axına qarşı çıxmış olarsınız. Bu halda qeyri-adilik qazanırsınız. Ola bilsin düşünəsiniz ki, bu o qədər də çətin bir iş deyil, mən danışa bilirəm, səsimi qaldıra bilirəm, prinsiplərimi elan edə bilirəm. Bunu vurğulamalıyam ki, heysiyyət heç də doğru olanı təkcə danışmaqdan ibarət deyil. Əslində, heysiyyət doğru olanı etməkdən ibarətdir. Məhz bir şəxs bu işi bizim üçün asanlaşdırdı. O şəxs 1400 il bundan əvvəl ilk addımı atdı. O şəxs bu gün bir irsə çevrilə bildi - Hüseyn.

Hüseyn özündən sonra gələnlər üçün bunu aydınlığa qovuşdurdu ki, əgər seçim etmək istəyirsinizsə, onda doğru olanı seçməlisiniz. Bunu özündən sonra gələn və doğru olanı etməklə yalnış olana təslim olmaq arasında qalanlar üçün etdi, həmçinin güclü olmaq və doğrunu etməklə zəif olub kütləyə qoşulmaq və heç nə etməmək arasında qalanlar üçün etdi.

Hüseyn özündən sonrakı milyonlarla insana öyrətdi ki, yalnız bir seçim var - şərəfli həyat! Ən çətin iş ilk addımı atmaqdır və Hüseyn bu addımı atdı. Artıq bu gün bizim üçün bunun ardına əməl etmək asandır.