21 Noyabr 2024 - 21
Hüseyn azad insanların atası ləqəbi ilə şərəfləndirilib. Bunun səbəbi isə onun bütün bəşəriyyət uğrunda böyük qurbanlar verməsidir. Bir insanın belə bir fədakarlıq etməsi üçün gərək gördüyü işin doğruluğuna dərin etiqadı - imanı olsun.
Belə bir etiqad yalnız inandığın şeyə görə ciddi sınaq və imtahanlardan keçdikdən sonra əldə olunur. Dərin etiqad yalnız öz inandıqlarına uyğun şəkildə çətinlik və təzyiqlərlə üzləşdikdən sonra əldə olunur.
Döyüş meydanını ailəsi ilə birlikdə tərk etməyə və həyatını xilas etməyə əlində imkan var ikən Hüseyn döyüş meydanına daxil olur. Bununla o göstərir ki, azad insanların atası olmaq adını daşıyacaq qədər dərin imanı var. Hüseyn hamımıza imanı təkcə dil və qəlb səviyyəsində deyil, əməli olaraq sahib olduğun hər şeylə nümayiş etdirməyin dəyərini başa saldı.
Əlbəttə ki, Hüseynin bu addımı yaşadığımız dünyada bizim qarşımıza da müəyyən suallar qoyur: Bu gün mənim imanım nəyədir? 21-ci əsrdə imanımın səmimiliyini sübut etmək üçün hansı addımı atmalıyam?
Caffer Ladak (Natiq)