21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseyn və sadəlik
27.08.2018

1400 il bundan əvvəl Hüseyn adlı şəxs yol ayrıcında qaldı. O, İraqın Kərbəla çöllərinə yenicə çatmışdı. O, çətin bir seçim qarşısında qaldı, necə ki, biz də həyatımızda bu cür seçimlərlə qarşılaşırıq. O, zülm və ədalətsizlik önündə seçim qarşısında qaldı və seçim etməli idi. O, özünün və ailəsinin həyatını xilas edərək yolundan dönə bilərdi. Lakin dirənmək qərarına gəldi, sadə bir dirəniş... Bu dirənişi şəxsi hədəfləri naminə göstərmədi, əksinə bu, bütün bəşəriyyət üçün idi. Bu addımı öz dövründəki ədalətsizliyə görə atdı.

Hüseynin sadəliyi hamımız üçün, bütün bəşəriyyət üçün dərsdir. Həyatımızda çoxlu vəziyyətlərlə qarşılaşırıq ki, orada möhkəmlik və dəyanət göstərməli olduğumuzu, söz deməli olduğumuzu dərk edirik. Lakin əksər hallarda laqeyd yanaşırıq, məsuliyyətimiz bizə ağır gəlir, beləliklə vəzifəmizdən fərqli bir yol izləyirik. Özümüzü görməzliyə vururuq, halbuki zülmün baş verdiyini gözümüzlə görürük.

Bu məqamda sual budur ki, sadəliyin, səmimiliyin sirrini Hüseyndən öyrənə bilərikmi? Bəs növbəti dəfə sən də Hüseyn kimi bu cür yol ayrıcında qalsan nə edəcəksən?

Sadəcə baxıb keçəcəksən, yoxsa dəyanət göstərəcəksən? Seçim sənindir...

Abbas Cəfər (Ruhani, London Müsəlman Kollecinin mühazirəçisi)