21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseyn və insan hüquqları
04.09.2018

İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) dinc mübarizəsinin ən maraqlı məqamlarından biri də bu hərəkatın əsasən insan hüquqları ilə bağlı olmasıdır.

İlk növbədə o, ədalət dəyərləri uğrunda ayağa qalxmaqla öz cəsarətini nümayiş etdirdi ki, bu da hər zaman ali bir xüsusiyyətdir. Həm də onun məhrum edildiyi bir hüquqi məsələ bu mübarizədə öz əksini tapır ki, bu da şərəf və heysiyyətin toxunulmazlığı məsələsidir. Bu məqam üzərində durulması gərəkən ən ciddi mövzulardan biridir.

İlk növbədə Hüseyn (ə) bəyan etdi ki, mən ədalət uğrunda zalım rəhbərə qarşı çıxmaq üçün buradayam. Yəni bu, böyük şücaət göstəricisidir. Lakin o, bunu olduqca dinc formada həyata keçirirdi. Necə ki, əvvəla Hüseyn (ə) heç kəsi öz dəstəsinə qoşulmağa məcbur etmirdi, ikincisi isə Aşuradan bir gecə əvvəl öz tərəfdarlarına müraciət edərək istədikləri təqdirdə meydanı tərk etmələrinə icazəverdi. Bu da öz hərəkatının ədalət uğrunda olmasına dərin inamdan irəli gəlirdi, həmçinin bu addımı Hüseynin necə cəsarətli və şərəfli insan olduğunu sübut edirdi.

Nəticə etibarilə, biz bu gün insan hüquqlarından danışarkən şərəf və ləyaqət hissinin qorunması, ədalətli mühakimə, söz azadlığı kimi elementlər yada düşür, lakin Hüseyn (ə) bütün bu hüquqlarından məhrum edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) 10-cu maddəsində vurğulanır ki, hər kəsin ədalətli mühakimə olunma hüququ var. Lakin Hüseynə (ə) öz fikrini ifadə etməsinə belə imkan vermədilər.

18-ci maddədə isə deyilir ki, hər kəs düşüncə, vicdan və din azadlığı hüququna malikdir. Amma Hüseynə (ə) bu imkanı da vermədilər ki, öz dinini ifadə etsin.
Nəhayət ÜİHB-nin 20-ci maddəsində hər kəsin sərbəst toplaşmaq və birlik yaratmaq hüququ təsbit olunur. Hüseynin (ə) bu bəsit hüququ da əlindən alındı, baxmayaraq ki, o, dinc şəkildə öz çağırışlarını tərəfdarları arasında yaymağa çalışırdı və bu niyyətlə yola çıxmışdı.

Fikrimcə, bu faktorlar səbəbilə bəşəriyyət Birinci və İkinci dünya müharibələrini, Holokost hadisəsini xatırlayırlar və inanıram ki, Kərbəla hadisəsi qeyd olunan hüquqlara diqqət çəkilməsi baxımından çox mühüm bir tarixi hadisədir.

Doktor İmranəli Pəncvani (London Kral Kollecinin hüquq məzunu, teoloq)