03 Noyabr 2025 - 3
Hüseyn 72 tərəfdarı ilə birlikdə 30 minlik qoşunla üz-üzə dayanmışdı. Əslində sıravi bir insan belə bir vəziyyətdə geriyə addım atmaq istəyərdi. Lakin Hüseyn öz mövqeyində sabit qaldı və istibdada qarşı tutduğu yolu sonadək davam etdi.
Digər bir məsələ Hüseynin dəstəksiz olması idi. Çoxlu işlərimiz olur ki, dəstəyə möhtac oluruq, yaxud başqalarından dəstək istəyirik. Lakin görürük ki, Hüseynin azsaylı dəstəkçiləri də gözünün önündə bir-bir sıradan çıxırlar. Baxmayaraq ki, onun döyüşdən yayınmaq üçün imkanları hələ var idi, Hüseyn öz mücadiləsinə davam edirdi, hədəfinə doğru irəliləyirdi.
Bu mənada biz İmam Hüseyndən dərs ala bilərik. Ondan dərs alaraq qarşımıza qoyduğumuz hədəfə çatmaqda qətiyyətimizi daha da möhkəmləndirə bilərik.
Əhməd Hənif (İlahiyyatçı, mühazirəçi)
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto