23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin nəzərində amannamə
10.10.2018

İmam Hüseynin həyatı izzət təşkil edirdi. İmam Hüseyn (ə) hələ Mədinədən Məkkəyə tərəf hərəkət edən zaman imkanlı və rabitəsi geniş olan həzrət Zeynəbin həyat yoldaşı Abdullah ibn Cəfər imama dedi ki, icazə ver sənin üçün validən amannamə alım. Amannamən olsa kimsə sənə dəyib dolaşmayacaq. İmam Hüseyn buyurdu: “Mənim tanıdığım yeganə amannamə var, o da Allahın amanıdır.”

Odur ki, insan Allah xəttində olsun, Allah cərgəsində olsun. Allah insana aman versə mənim başqalarının amannaməsinə ehtiyacım yoxdur.

Məşhur hadisədir. İmam Hüseyn Aşura gecəsi bir ədəd libas tələb etdi. Bilirdi ki, sabah Aşura günüdür, sabah qarət olunacaq, libaslarını belə qarət edəcəklər. İmam Libasının altından geyinmək üçün əlavə bir geyim istədi və buyurdu: "İstəmirəm sabah qarət olunanda, paltarlarımız gedəndə bədənim üryan şəkildə qalsın". Bu məsələ belə İmam Hüseynin izzətindən doğan bir məsələdir. Bura qədər öz izzətini və əzizliyini qorudu.

İmam Hüseyn “Allah qanı” ləqəbi ilə ləqəblənmişdi. Əgər iddia etsək ki, İmam Hüseyn (ə) aşiqiyik, bu məktəbdən ala biləcəyimiz dərs izzət məsələsidir. Daim zillətdən uzaq olmaq, daim izzətlə həyat yaşamaq, şərəflə həyat yaşamaq və Allahın, Allah Rəsulunun və Əhli-beytin cərgəsində olmaqdır.


Cəlal Şəfiyev