23 Noyabr 2024 - 23
İmam Hüseyn Allahın əmrinə itaət etmək üçün, Allahın istəyinə cavab vermək üçün qiyam etdi.
Qurani-Kərimin ifadəsi ilə desək, Allah-Taala öz nurunu tamamlamaq istəyirdi və məhz bu yolla bunu etmək istəyirdi. Buna da cavab verilməli idi. Yəni Allahın bu istəyinə cavab verilməli idi. Buna İmam Hüseyn cavab verdi.
İmam öz zamanında yeganə şəxsiyyət idi ki, bu çağırışa cavab verdi. O dövrdə İmam Hüseyndən başqa elə bir şəxs yox idi ki, belə bir istəyə cavab verə bilsin. Necə bir istək? Yəni ailəsini, uşağını, özünü, ən yaxın dostlarını əliyalın, silahsız şəkildə Kərbəlaya gətirib 30 min vəhşi insanın qarşısında qurban vermək.
İmam Hüseyn bununla bəndəliyini Allaha sübut etdi. Bəndəlik qul olmaq deməkdir. İnsan Allahın bəndəsidir, yəni quludur. Qulun mənası o deməkdir ki, özündə heç bir ixtiyarı yoxdur, ümumiyyətlə heç nəyi yoxdur. Qulun nəyi varsa, ağasınındır. Ağası nə desə o olur. Amma əgər qul ağasının əmrindən çıxsa, artıq o, günahkar hesab olunur. Yəni sən onun qulusan, sənin heç nəyin yoxdur.
İmam Hüseyn Allaha bu cür qulluğunu sübut etdi. Yəni dedi, Allah, sənin istəyin elə mənim istəyimdir. Mən sənin heç bir istəyinə qarşı çıxmıram. Beləcə bu istəyini sübut etmək üçün imam bu hərəkatı başlatdı.
Xəlil İsmayılov