21 Noyabr 2024 - 21
Əbu Abdullah (ə) elə bənzərsiz bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi ki, ondan öncə heç zaman buna şərait yaranmamışdı. O, Mədinədən Kərbəlaya uzanan yol boyu həmin vacib əməli özünün məqsədi kimi izah etdi və bu yolu sona qədər davam etdirmək əzmində olduğunu bildirdi. Mübarək boğazından ucalan "Zillət bizdən uzaqdır" fəryadı tarix boyu izzət və iftixar mənbəyi olan həmin müqavimətin və dirənişin əks-sədası oldu.
İmam Hüseynin (ə) hərəkəti izzət hərəkəti idi; yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti və Peyğəmbərin (s) qoyduğu yolun izzəti. İmam Hüseynin (ə) bütün mərhələlərdəki rəftarı izzətlə, başucalığı ilə və eyni zamanda Pərvərdigarın qarşısında mütləq təslimçilik və bəndəliklə doludur; Mədinədə, Məkkədə, Kufə yolunda və Kərbəlada! Yezidin zalım və qəddar hökuməti öz təbliğatı ilə Hüseyn ibn Əlini (ə) qınayırdı, onun ədalətli quruluşa və İslam hökumətinə qarşı, özü də dünya üçün qiyam etdiyini göstərmək istəyirdi. Bəzi adamlar bu yalan təbliğata inanırdılar. Hüseyn ibn Əli (ə) Kərbəla səhnəsidə cəlladlar tərəfindən faciəli şəkildə şəhid edildikdə də onu bir qələbə və zəfər kimi qeyd etdilər. Buna görə mən dəfələrlə demişəm ki, bizim dövrümüzün şəhidləri Bədr şəhidləri, Hüneyn şəhidləri, Ühüd şəhidləri, Siffeyn şəhidləri və Cəməl şəhidləri ilə müqayisəolunasıdırlar, onların bir çoxlarından üstündürlər, lakin Kərbəla şəhidləri ilə müqayisəolunası deyillər.
Heç kəs Kərbəla şəhidləri ilə müqayisəolunası deyil; nə bu gün, nə dünən, nə İslamın əvvəlindən və nə də Allah-Taalanın bildiyi və istədiyi zamana qədər. O şəhidlər çox üstündürlər. Əli Əkbər və Həbib ibn Məzahir üçün başqa bir bənzər tapmaq olmaz. Kərbəla bizim daimi örnəyimizdir. Kərbəla insanın düşmənin əzəməti qarşısında tərəddüdə düşməməsi üçün bir nümunədir. Bu, sınaqdan çıxmış bir örnəkdir.
Aşura hadisəsini həmişəyaşar edən böyük sirr budur.
Ayətullah Seyid Əli Xamenei