24 Noyabr 2024 - 24
İmam Hüseyn (ə) hərəkətə başlamazdan əvvəl, Ümmü-Sələmə (Peyğəmbərin xanımı) onunla görüşüb həzrətə dedi: Ey Peyğəmbərin nəvəsi, İraqa tərəf yola düşmək barədə qəm-qüssə yemə. Mən sənin cəddin Peyğəmbərdən eşitmişəm ki, buyururdu: Oğlum Hüseyn İraqda, Kərbəla adlı bir yerdə şəhadətə çatacaqdır. Mən şüşədə sənin qətlgahının pak torpağından bir ovuc saxlamışam. Onu Rəsulullah (s) mənə vermişdi.
İmam Hüseyn (ə) buyurdu: Mehriban ana! Mən bilirəm ki, öldürüləcəyəm və düşmənlər zülm ilə başımı bədənimdən ayıracaqlar. Allah istəmişdir ki, mənim ailəmi qovulmuş, uşaqlarımı şəhid, ya əsirlik zəncirlərinə giriftar və zülm zəncirləri ilə dartılıb aparılaraq ondan-bundan pənah istəyib heç bir sığınacaq tapmadığı halda görsün. Ümmü-Sələmə heyrətlə soruşdu: Əcəb! Öz ölümünü yəqin etdiyin təqdirdə bəs niyə İraqa yola düşürsən? İmam (ə) buyurdu: Anacan! Əgər bu gün getməsəm, sabah getməliyəm; sabah getməsəm, gərək birisi gün gedəm. Ölümdən qaçıb qurtarmaq mümkündürmü? Allaha and olsun, mən şəhadətə çatdığım günü, dəqiqəni bilir, dəfn olunduğum yeri görürəm və bu məsələ barədə səni tanıdığım qədər agahlığım vardır. Kərbəla diyarına sənə baxdığım kimi baxıram. Ana, istəyirsənmi özümün və dostlarımın yerini sənə göstərim? Ümmü-Sələmə bunları görmək istədiyini bildirdi, İmam (ə) da özünün və dostlarının məzarını ona göstərdi.