21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn Quranın tətbiqçisi olaraq Kərbəlada əsl imanı göstərdi
10.01.2019

Kərbəla məktəbindən çoxlu dərslər ala bilərik. O dərslərdən biri budur ki, İmam Hüseyn bizə əməl dərsini öyrədir. Bilirsiniz Qurani-Kərimin öndə tutduğu məsələlərdən biri iman gətirib insanın əməl etməsidir. İmam Hüseyn Quranın təfsirçisi, Quran ayələrinin tətbiqçisi olaraq Kərbəlada əsl imanı əməli şəkildə bizə göstərdi. Və bizə bunu başa saldı ki, həqiqətən əməlin təsiri sözün təsirindən çoxdur. Ona görə də bəzi alimlərimiz buyurublar ki, əgər İmam Hüseyn Mədinədən durub Kərbəlaya gəlib əməli şəkildə bunu göstərməyib, Mədinədə əyləşib cihad, Allah yolunda vuruşmaq, Allahın dinini qorumaq haqqında minlərlə xütbə söyləsəydi dinimiz İslam bu günə qədər bizə gəlib çatmazdı.

İmam Hüseyn bunu göstərdi ki, həqiqətən əməlin təsiri sözün təsirindən çoxdur. Və Kərbəlaya gələrək əməldə tətbiq etdi ki, həqiqətən dinimiz müqəddəsdir. İmam Hüseyn şüarı dinin şüarıdır. Allah-taala Qurani-Kərimdə buyurur: “Hər kim Allahın yer üzərində nişanələrini uca tutarsa o onun qəlbinin təqvasından, imanından xəbər verir”.

Kərbəlayi Rafail