03 Noyabr 2025 - 3
Kərbəla.infonun izləyicilərə təqdim etdiyi sənədli film həzrət İmam Hüseynin (ə) müqəddəs məqbərəsinin yerləşdiyi Kərbəla şəhərinin tarixindən bəhs edir. Filmdə çıxış edən tarixçilər, ruhanilər və sıravi Kərbəla sakinləri buranın eramızdan əvvəlki qədim tarixilə yanaşı, Aşura hadisəsinin baş verməsindən sonrakı dönəmlərdən, eləcə də şəhərin müasir tarixindən söhbət açırlar.
Videoada şəhərin, xüsusilə müqəddəs məzarın Əməvi və Abbasi xilafətləri tərəfindən dəfələrlə dağıntılara məruz qalması, Hüseynsevərlərin əli ilə hər dəfə yenidən bərpası, sonralar isə buranın inkişaf edərək böyük şəhərə və elm mərkəzinə çevrilməsi mövzularına toxunulur.
Tədqiqatçı Rauf əl-Ənsari tərəfindən aparılmış araşdırma əsasında hazırlanan film həzrət Abbas ziyarətgahının media ofisinin, Kərbəlada fəaliyyət göstərən "əl-Kəfil" mərkəzinin, Nəcəfdəki Hövzə İnsitututunun, İmam Əli ziyarətgahının media və təbliğat şöbəsinin, İmam Hüseyn ziyarətgahının media ofisinin, Londondakı Hüseyn Ensiklopediyasının, Kərbəla Şəhər Şurasının və "Luceyn" Prodakşn şirkətinin yardımı ilə ərsəyə gəlib.
İlk dəfə "Ahlulbayt TV"-də yayımlanan film Kerbela.info saytı tərəfindən tərcümə edilərək azərbaycandilli izləyicilərə təqdim edilir.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto