23 Noyabr 2024 - 23
Həm zəmanə imamını, həm imamın səhabələrini, həm də zəmanə imamının düşmənlərini uyğunlaşdıraraq müqayisə etmək istəsək görərik ki, çox oxşarlıqlar var. Alimlər İmam Hüseyni İmam Zamanla çox əlaqələndirirlər. Yəni bu iki şəxsiyyəti bir-biri ilə çox müqayisə edirlər.
Biz Quran ayəsinə diqqət etsək, İsra surəsinin 33-cü ayəsində buyurulur: “Hər kim məzlum şəkildə öldürülsə onun vəlisinə intiqam haqqı var.” Yəni bundan istifadə edərək intiqam ala bilər. Müxtəlif təfsir alimləri buyururlar və hətta hədislər var ki, ayədəki məzlumdan məqsəd İmam Hüseyndir. Həmən o vəlidən də məqsəd intiqam alacaq İmam Zaman ağadır. Yəni biz iki imamı bir-biri ilə müqayisə etmək istəsək iki oxşar cəhəti tapa bilərik. Onlardan biri təqiyyəsiz müharibədir. Yəni hər iki imam zəmanəsinə uyğun olaraq heç bir təqiyyədən istifadə etməyib və yaxşılıqlara dəvət, pisliklərdən çəkindərməyi aşkar şəkildə sərgilədilər. Bu fəaliyyətləri gizlin etmədilər.
İkinci oxşar cəhət isə hər iki imamın müsibətinin böyük olmasıdır. İmam Hüseyn (ə) müsibəti haqqına illərdir danışılır. Və biz bilirik İmam Hüseyn hansı zülmlərə məruz qalıb. İmam Zamanın da məzlumiyyətini unutmaq olmaz. Onun da məzlumiyyəti qeyb dövrünün bu qədər uzanmasıdır. Bu da qayıdır bizə ki, bizlər o şəraiti yarada bilməmişik, biz o mövqeyi imam üçün yarada bilməmişik və imam hələ də hər gün Allahından zühur etmək üçün, İmam Hüseynin intiqamını almaq üçün fürsət istəyir, zühurun təcilini istəyir. Bu baxımdan da İmam Zamanın məzlum olmağını qeyd edə bilərik.
Ruhullah Novruzzadə