24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Hindistanda müstəqilliyin təməlini İmam Hüseyn (ə) fəlsəfəsi qoydu
23.12.2017

Mahatma Qandi dedi: Onda ki mən cavan idim bir nəfər ingilis əsgəri gəlirdi bizim böyüklərimizi yığırdı sıraya o məsələni ki, onların nəzərində bəyənilmirdi cərgədəkilərdən onu soruşurdu. Heç kim də onu edən insanı satmaq istəmirdi. Bu ingilis əsgəri bizim o böyüklərimizi ki, sıraya düzmüşdü hərəsinə bir şillə vura-vura gedirdi. Mahatma deyir, mən sonra böyüklərimizdən "bu qədər adamsınız, o təkdir. Niyə ona etiraz etmirsiniz?" deyə soruşdum. Cavabında deyirdilər axı o tək də olsa onun silahı var. O bizi o silahla öldürər. Mən gördüm bizim bu böyüklərimizin o şillələrin, o zillətin, o təhqirin qabağında dözməsinin bir səbəbi var. O da budur ki, o əli silahlıdır bizi öldürər. Onun qorxusudur ki, insanları zillətə gətirir və onlar artıq təfəkkürdə məğlubdular. O deyir, mən bu hadisədən sonra mən həmişə zehnimdə fikirləşirdim, görəsən ola bilərmi bu insanların içərisindən bir nəfər insan çıxa və ölümdən qorxmaya, onun üzərinə şığıya?! Görəsən belə insan ola bilər? Deyir, bir müddət sonra Kərbəla tarixi ilə tanış oldum. Gördüm mənim arzularımda axtardığım həmin insan var imiş. O da bir nəfər imiş ki, nəinki birinin qabağına çıxmaqdan qorxa, bu adam 30 minin qabağına çıxır. 30 minlik qoşunu olan ordunun üzərinə gedir. Onda ki, bu nümunə ilə tanış oldum, düşündüm ki, mənim xalqımı Britaniyanın zülmündən müstəmləkəçiliyindən azad edəcək yeganə formula Hüseyn (ə) nümunəsidir.