21 Noyabr 2024 - 21
Bir çox səbəb deyiblər tarix təhlilçiləri. Amma bu təhlillərin, bu səbəblərin demək olar ki birindən başqa əksəriyyəti hadisəni doğuran, yaradan yox şəkilləndirən səbəblərdi. Kufəlilərin məktubu Kərbəla hadisəsini şəkilləndirən bir səbəbdir. Yəni kufəflilər məktub yazdı. İmam Hüseyn (ə) Kufəyə tərəf gəldi və yolda Kərbəlada bu hadisə baş verdi.
Kufəlilər məktub yazmayacaqdı o hadisə başqa yerdə baş verəcəkdi, başqa bir zamanda baş verəcəkdi. Deyilən səbəblərin böyük əksəriyyəti hadisəni ali hədəfə çevirən səbəb deyildi. Ali hədəfə çevirən səbəb İmam Hüseynin (ə) ictimai məsuliyyət hissi idi. İctimai məsuliyyət hissi nədən ibarətdir?
Allah-təala insanı ictimai bir varlıq olaraq yaradıb, insan cəmiyyətdə yaşayır. İnsan istəsə belə cəmiyyətdən ayrıla bilməz. İnsan istəsə belə cəmiyətin pis və yaxşı təsirlərindən özünü qoruya bilməz. Bir cəmiyyətdə fəsad hakim olarsa sən qapını, pəncərəni bağlamaqla o fəsadın qarşısını ala bilmərsən. İnsan ictimai varlıqdır və ictimai məsuliyyət daşıyır. İmam Hüseyn də (ə) məhz bu ictimai məsuliyyətinə görə qiyam etdi. Buyurdu ki, eşidin, bilin mən Əlinin (ə) oğlu Hüseyn (ə) nə bekarçılıqdan, nə fəsad törətmək üçün, nə ara qatmaq üçün, nə də şər törətmək üçün qiyam etmirəm. Mən yalnız və yalnız qiyam edirəm ki, cəddim peyğəmbərin ümmətini islah edim.