23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Fatihə surəsiylə İmam Hüseynin mütənasibliyi
31.05.2019

“Fatihə” surəsi “ümmül-kitab” (Quranın anası) ləqəbi ilə tanınır, yəni Quranın bütün möhtəvası, cövhəri bu surədə toplanıb. İmam Hüseyn də imamların atasıdır, özündən sonrakı 9 imam onun nəslindən dünyaya gəlib.

“Fatihə” surəsinin adlarından biri “şafi”dir, yəni şəfa verən. Batini və zahiri dərdlər bu surəni ixlasla oxumaq nəticəsində sağalar. İmam Hüseynin türbəti (qəbrinin torpağı) da şəfadır. İmam Hüseynə (ə) ağlayan şəxsin göz yaşı bütün dərdlərin dərmanıdır.

“Fatihə” surəsini imanla oxuyan adama onun hər hərfinin qarşılığında Allah hədsiz savab verər. İmam Hüseynə ağlayan şəxs göz yaşının damcılarının sayı qədər, İmam Hüseyn (ə) ziyarətinə gedən şəxs atdığı hər addımın sayı qədər savab qazanar.

Nəhayət, “bismillah” ayəsi kəsilən qurbanın halal olmasının şərtidir, hər dəfə qurban kəsəndə bu ayəni xatırlayır və oxuyurlar. Eləcə də, hər dəfə qurban kəsəndə İmam Hüseynin (ə) susuz və diri-diri başının kəsildiyi yada düşür, ruhuna salam, qatillərinə lənət göndərilir.


Şeyx Cəfər Şüştəri (“Xəsaisül-Hüseyniyyə”)