09 May 2024 - 9

09 May 2024 - 9

İmam Hüseyni mələklərin ziyarət etməsi
14.06.2019

Bir nəfər Həcc vaxtı gəldi İmam Cəfər Sadiqin yanına, həzrət ondan soruşdu ki, bu il Həccə getmişdin? Dedi: "Xeyr, ey peyğəmbər balası, bu il getməmişdim. Amma “ərəfə” günü Kərbəlada İmam Hüseynin ziyarətində idim". İmam Cəfər Sadiq ona buyurdu: “Əgər bu qorxu olmasa idi ki, insanlar Həcci tərk edərlər, o zaman İmam Hüseynin haqqında hədislər deyərdim.”

İmam o adama buyurur onlardan birini deyirəm sənə. Buyurur: "Hər kim, İmam Hüseyni “ərəfə” günündə ziyarət edərsə Allan ona min həcc və min ümrənin savabını verər".

Hədisdə var ki, hər cümə axşamları bütün peyğəmbərlər və Allahın yaxın mələkləri Allahdan istəyirlər, xahiş edirlər, arzu edirlər ki, bizə icazə ver gedib Kərbəlada İmam Hüseyni ziyarət edək. Hədis buyurur ki, növbə ilə. Bir dəstə gəlib ziyarət edib gedir, sonra o biri dəstə gəlir ziyarət edir.

Asif Bağırov