21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) ziyarətinin dəyəri
12.09.2019

İmam Baqir (ə) Əlqəməyə buyurur: “O Həzrətə (İmam Hüseynə (ə)) salamla işarə edəndən sonra iki rükət namaz qıl və Aşura ziyarətini oxu. Bu ziyarəti oxuyan zaman həqiqətdə onu elə bir şeylə çağırırsan ki, mələklərdən hər biri onu ziyarət etmək istəyəndə bu cür çağırarlar. Allah sənə minlərlə həsənə yazar. Səndən minlərlə pisliyi məhv edər. Səni minlərlə dərəcə ucaldar. O kəslər kimi olarsan ki, həmin Həzrətin bayrağının altında şəhid olublar. Hətta dərəcələrində də şərik olarsan”. (Tebyan)

İmam Sadiq (ə) Səfvana buyurur: “Aşura ziyarətini oxu və onu qoru. Həqiqətən, mən onu oxuyan üçün bir neçə xeyiri zəmanət verərəm. Birincisi ziyarəti qəbul olar, ikincisi səy və çalışması şükür olar, üçüncüsü hacəti hər nə olursa-olsun Böyük Allah tərəfindən yerinə yetər. Onun dərgahından ümidsiz qayıtmaz. Allah öz vədinə xilaf çıxmaz”.

Başqa bir hədisdə oxuyuruq: “Əgər insanlar bilsəydilər ki, İmam Hüseyn (ə) ziyarətinin nə qədər dəyəri vardır, şövqün şiddətindən ölərdilər. Həmin savablara çatmaq həsrəti cisim və ruhlarını parçalayardı”.

“İmam Hüseyni (ə) ziyarət etmək İmaməti etiraf edən hər bir möminə vacibdir”.

“O kəs ki, İmam Hüseyni (ə) ancaq Allah rizası üçün, nəinki şöhrət qazanmaq üçün ziyarət edərsə, Allah bütün günahlarını pak edər”.

Deyerler.org