23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Dünyanın bu hərəkat ətrafında toplanmağa ehtiyacı var
25.06.2019

Niyə məhz İmam Hüseyn seçilməlidir? Dünyada elə bir hərəkar varmı ki, bu qədər səmimi, yekdil olsun? Yoxdur! Məsələn dünyada müxtəlif inqilablar, hərəkatlar var. Biz bütün dünya tarixini analiz edəndə görürük ki, hər hansısa bir hərəkat ayrı-ayrı maraqdan irəli gələn bir yerə toplaşmış insanlardır. Onların ən azından iki marağı var.

Amma İmam Hüseynin hərəkatında bir maraq ikinci bir maraq yoxdur. Və mübarizəsinində şüarları ondan ibarətdir ki, azadlıq, məzlumun yanında durmaq, zalimə qarşı mübarizə aparmaq, xurafata və təhrifə qarşı mübarizə aparmaq. Hamısı yekdildir. Dünyanın heç bir yerində heç bir hərəkatın iştirakçılarının ən son nümayəndəsinə qədər bu cür faciəli şəkildə başa çatanı yoxdur. Bu cəhətdən İmam Hüseyn bütün bəşəriyyət üçün seçim ola biləcək şəxsiyyətdir. Yəni bütün tərəflərdən saf, səmimi və ixlaslıdır. Özü də son nümayəndəsinə qədər. İmam Hüseyn Tasua axşamında işıqları söndürüb, dediyi söz ki var, "kim istəyir getsin" bu o deməkdir yəni təmizləyirdi. İstəyirdi ən son nümayəndəsinə qədər səmimi , saf insanlar qalsın. Buna görə də örnək ola biləcək şəxsiyyətdir və hərəkatdır. Dünyanın belə bir hərəkat ətrafında toplaşmağa ehtiyacı var.

Famil Burxanoğlu