21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Rəsulallahın (ə) insanlığa İmam Hüseyn xəbərdarlığı
11.10.2019

Coğrafiyasından asılı olmayaraq, dünyanın harasında ki, İmam Hüseyni sevənlər var, məhərrəm ayı gələn kimi o toplumun halı dəyişir, ruhiyyəsi əvəzlənir, ovqatı dəyişir, hətta geyimi də dəyişir. Bir, iki, on il deyil, əsrlərlə insanların içərisində belə bir hal var. İnsanların içərisində bir həratər, sızıltı var. İmam Hüseynin adı gələndə, həmin sızıltı, hərarət onu hərəkətə gətirir. Əziz İslam Peyğəmbəri (s) bu istiqamətdə çox nurani bir xəbərdarlıq edir. Əziz Rəsulallah (s) insanlığa, bəşərə xəbərdarlıq edib ki, imanı olan insanların içərisində xüsusi hərarət mövcud olar. Həmin hərarət Əba Əbdillah (ə) ilə bağlıdır. Həmin hərarət heç bir zaman sönmür və soyumur. Qiyamət gününə qədər həmin istilik və hərarət öz təsirini göstərməkdədir. Həzrət Peyğəmbər (s) mübarək hədisdə buyurur: “Möminlərin qəlbində İmam Hüseynin şəhadəti ilə bağlı bir hərarət var ki, heç vaxt sönməyəcək və soyumayacaq”. Həzrət Peyğəmbərin (s) İmam Hüseyn barədə xəbərdarlıq etdiyi istilikdir ki, indi bizi əzadarlıq məclislərinə aparır. Həmin hərarətdir ki, İmam Hüseyni sevəni məhərrəm ayı daxil olarkən hərəkətə gətirir.

İlqar İbrahimoğlu