21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) hərəkatı əvvəldən axıra İlahi addım idi
06.01.2018

İmam Hüseynin (ə) hərəkatı əvvəldən axıra İlahi addım idi. Çünki həm hərəkəti lillahdı, həm məallahdı, həm də iləllahdı. Yolların hamısında Allah ilə bir yerdədi. İbadətlər yerində, niyyətin paklığı yerində, əvvəldən axıra qədər niyyət sabit, hərəkət etdikcə cənnətə yaxınlaşır, təvazö İmam Hüseynin (ə) vücudunda görsənir.

Soruşdular ağa nə üçün sənə dəstəmaz suyu gələndə sənin rəngin saralır? Deyir axı siz bilmirsiz mən dəstəmazdan sonra kimin bərabərində dayanacağam. Əgər sən sə bilsən ki, namaz qılanda kimin bərabərində dayanırsan sənin də rəngin saralar, sənin də əllərin titrəyər. O, mərifətin azlığındandır ki, mənim kimi insanlar namazın o cür qılır ki, siz görürsüz. Həzrət buyurur, həm gərək Allaha səcdə edəsən İmam Hüseyn (ə) kimi, həm də bəşərə təvazö edəsən, heç vaxt təkəbbür vücudunda görsənməyə.