21 Noyabr 2024 - 21
Müaviyyə ibn Süfyan (lən).
Müaviyyə (lən) oğlu Yezidə (lən) tövsiyə edir: “Oğlum, məbada Allahla o halda görüşəsən ki, Hüseynin (ə) qanı sənin boynunda olar”.
Nəql olunur ki, Müaviyyə ölən zaman münafiqcəsinə belə deyir: “Hüseynin (ə) qanı və əti Peyğəmbərin (s) qanından və ətindəndir”.
Yezid ibn Müaviyyə (lən).
Yezid (lən) etiraf etməyə məcbur olur: “Hüseyn (ə) deyir ki, “Mənim anam (Həzrət Zəhra (s.ə)) Yezidin anasından daha üstündür”. Canıma and olsun ki, düz deyir.
Hüseyn (ə) deyir ki, “Məmin cəddim (Həzrət Rəsuli-Əkrəm (s)) Yezidin cəddindən daha üstündür”. Onun bu sözü də doğrudur”.
Şimr ibn Zilcöşən (lən).
Şimr İmam Hüseyni (ə) təsvir edən zaman deyir: “Canıma and olsun ki, Hüseyn ibni Əli (ə) – kərim insandır”.
Nəql olunur ki, Şimr (lən) İmamın (ə) mübarək başını kəsən zaman deyir: “Allaha and olsun ki, mən sənin başını bədənindən o halda ayırıram ki, yaxşı bilirəm – sən əzəmətli ağa və Peyğəmbərin (s) övladısan. Anan və atan cəhətdən ən üstün insan sayılırsan”. (Beytutə)
Bu məlunlar həqiqəti bilsələr də, nəfslərinin və lənətlik iblisin qulları olduğundan, ən böyük cinayətə əl atdılar.
deyerler