21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbala bəşər tarixinin ən böyük hadisəsidir
03.09.2020
Kərbala bəşər tarixinin ən böyük hadisəsidir. Kərbəla müsibətdir, Kərbəla tarixdir. Kərbala, 72 nəfər və İmam Hüseynin sadəqət, dostluq, mübarizə rəmzidir. Kərbəla böyükdür, Hüseyn alidi.
Ləbbeyk ya Hüseyn!
Kərbəla ədəbiyyatdır, Kərbəla şeirdi, Kərbala dünyanın ən ağır romanıdır. Kərbəla bu dünyanın ən həzin nəğməsidir. Kərbala həyatdı. Susuz, qanlı bir səhrada həyatın əsl üzüdü Kərbala.
Kərbala zülmün və riyakarlığın son həddi, zülmə və riyakarlığa qarşı mübarizənin pik yeridir!
Hüseyn müəllifdir. Qələmi qılıncdı, yazdığı qan'dı! Kərbəla candı..
Ləbbeyk ya Hüseyn!
Hüseyn qəhrəmanlıq məktəbinin öndəridir. Hüseyn örnəkdir. Hüseyn ədalətin, mübarizənin, xeyrin özüdür.
Həyyə əla xeyril əməl!
Ləbbeyk ya Hüseyn!
Hüseyn bəşər tarixinin, bütün dövrlərin qəhrəmanıdır. O yerdəki ədalət var, orada Hüseyn var. O yerdəki mübarizə var, o Hüseyn adına bağlıdır.
Kərbəla din deyil, Kərbəla İslam deyil. Kərbəla ən əsası tarixdir. 1400 illik bir tarixin hissəsi. Hüseyn bu tarixin böyük parçası. Hüseynə hörmət tarixə hörmətdir, Hüseynə və ailəsinə hörmət ədalətə, mübarizəyə hörmətdir.
Hüseyn imamdan çox döyüşçüdür, Hüseyn Peyğəmbər nəvəsindən çox liderdir. Hüseyn gözəldi. Hüseyn bu yolda hər şeyini qurban etmiş böyük bir xəlifədir.
O, bu tarix üçün öldü, bu tarix onu yaşadır..
Ləbbeyk ya Hüseyn!
Orxan Səfərov