21 Noyabr 2024 - 21
-Görəsən Allahın yanında həzrət Peyğəmbərin (s) haqqında "Hüseyn məndəndir, mən də Hüseyndənəm" dediyi bir şəxsin hörmət və fəziləti həzrət Salehin (ə) dəvəsi qədər deyilmi?! Quranın ayəsinə görə "onlar dəvəni tutub kəsdilər, Allah da onları yerlə yeskan etdi" (Şəms, 14).
-Görəsən belə olduğu halda həzrət Peyğəmbərin (s) əziz nəvəsinin öz ailəsi və yaxınları ilə birlikdə ac-susuz çöllü-biyabanda qətli-ama məruz qalması həzrət Salehin (ə) qövmünün etdiklərindən daha pis deyilmi?!
-Görəsən Quran dəfələrlə həzrət Salehin (ə) dəvəsini zikr edirsə, biz nə üçün həzrət Hüseyni (ə) ildə bir dəfə də olsun zikr etməyək?!
-Görəsən həzrət Salehin (ə) dəvəsinə görə onun qövmü yerlə-yeskan və lənət edilibsə, bizim həzrət Hüseynin (ə) qatillərinə lənət və nifrət etməyimiz doğru deyilmi?!
"Saleh onlardan üz çevirib dedi: "Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz" (əl-Əraf, 79).
İbrahim Quliyev - Fəlsəfə üzrə fəlsəfə doktoru.