03 Dekabr 2025 - 3
Ənsardan olan bir nəfər İmam Hüseyndən (ə) yardım istəmək üçün gəlir. İmam ona buyurur: "Ey ənsar qardaş! Abrını və şəxsiyyətini qoru. İstəyini bir məktuba yaz ki, mən Allahın istəyi ilə sənin şadlığına səbəb olan şəkildə yerinə yetirəcəyəm.
Ənsardan olan bu kişi məktubda yazır: "Ya Hüseyn! Filankəsə 500 dinar borcluyam. Borcunu qaytarmağımı istəyir. Onunla söhbət et, pulum olana qədər səbir etsin".
İmam məktubu oxuyan zaman evinə gedir və içərisində min dinar olan kisə gətirir. Həmin kişiyə verir və buyurur: " 500 dinarla borcunu ödə və qalan 500 dinarla həyatını sahmana sal. Hacətini üç nəfərdən qeyrisinin yanında demə: 1. Dindar. 2. Ailə nəcibliyinə malik olan insan. 3. Səxavətli. Çünki dindar insanı din qoruyub saxlayar. (Abırını aparmağına mane olar). Səxavəti insan səxavətinə görə həya edər. O kəsin ki, ailə nəcibliyi vardır, abırını aparmaz. Şəxsiyyətini qoruyar və hacətini yerinə yetirməmiş getməz".
/Deyerler/
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto