Bütün günlər, aylar, illər Allaha məxsusdur. Lakin Allah bu günlər, aylar içərisində fərqlər qoyub və bu günlərin, ayların bəzilərini üstün qərar verib. Məsələn Ramazan ayında bir ayə Quran oxumaq, bütov bir Quran oxumağa bərabərdir. Bundan başqa ilin bütün günü qurban kəsmək olar, lakin Həzrəti İbarahim və Həzrəti İsmayılın məktəbinin davamı olan Qurbanı Zilhəccə ayının 10-a məxsus edib.
Allah Ümrə ziyarətini ilin bütün günlərində qərar verib, Həcc ziyarətini isə zilhiccə ayının 9-dan məxsusi qərar verib. Bu deyilənlərin hamısı onu göstərir ki, bütün günlər ayların bəziləri Allahın özü tərəfindən fərqlənib, üstün qərar verilib. Həmin aylardan biri İmam Hüseyn (ə) əzadarlığı günləridir, Məhərrəm ayının günləridir. Ən əsas da Kərbəla məktəbinin möhür vurulan günü yəni Aşura günüdür ki, bu günlər Allah tərəfindən üstün günlər qəbul edilib.
Allah bu günlər insanlar üçün böyük savab, böyük əcr, böyük cəza, böyük məktəb və dinə xidmət üçün şərait qərar verib.
İslam peyğəmbəri (s) buyurur ki, İmam Hüseynə (ə) qarşı qəlblərdə bir istilik, mərhəmət var. İmam Hüseynə (ə) olan məhəbbət, eşq Qurana olan məhəbbətdir və eşqdir. Necə ki insanların qəlbi bərkiyəndə Quranın ayəsini qəbul etməzlər, yumşalanda da haqqı tez eşidərlər. Ona görə bu günlər insanların qəlblərinin istiləşən, yumlaşan vaxtıdır. Bu günlərdən istifadə edib insanları yaxşı əməllərə dəvət edək, pis işlərdən çəkindərək, insanlara həqiqəti çatdıraq, onları maarifləndirək.
Xüsusən də ruhanilər, din təbliğatçılar düzgün bir formada xurafat və bidət qarışdırmadan insanlara təbliğ edək. Əks təqdirdə savadsız insanlar gəlib bu günlərdə öz məqsədlərini insanlara çatıdırıb, camaatı həqiqi dindən uzaqlaşdıracaq.
Kerbela.info/ahliman.info