21 Noyabr 2024 - 21
...İmam Hüseyn (ə) son duaları edərkən boğazında günəşin hərarətindən qızmış qılıncın istisini hiss etdi. Tez kəlmeyi-şəhadətini söylədi. İndi artıq o heç nə görmür və eşitmirdi. Nəfəsi də gedib gəlmirdi. Ancaq beyni işləyirdi. Fikrində yanan işıq hələ sönməmişdi. Qarşıda bir zülmət qaranlıq və bu qaranlığın o başında isə nurlu bir yol görünürdü. İmam Hüseyn (ə) indi bu qaranlıqdan işığa doğru uçurdu. Beynindəki işıq sönən kimi onun üçün nurlu bir yol başlayacaqdı. Artıq o, həmin yolun astanasında idi.
Mir Cəfər - Azərbaycan yazarı