21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Argentinalı iş adamı İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
25.05.2021

Argentinalı iş adamı Fabian Qarsiya (Fabian Garcia) İmam Rzanın (ə) müqəddəs ziyarətgahında kəlimeyi-şəhadət deyərək, İslam dinini qəbul edib.

Müsəlman olduqdan sonra özünə Rza adını seçən argentinalı iş adamı, niyə müsəlman olmağa qərar verdiyini belə izah edib: “Təxminən üç ildir İrandakı işimlə məşğulam. Bu illərdə İran mədəniyyəti və İslam dini ilə tanış oldum.

İranda yaşadığım müddətdə İran mədəniyyəti məni özünə cəlb etdi və İslamla bağlı şəxsi araşdırmalarımdan sonra dinimi dəyişməyə qərar verdim”.

Argentinalı yeni müsəlman daha sonra belə deyib: “Məşhədə ilk dəfə Argentinada bir İslam mərkəzinə rəhbərlik edən dostlarımdan birinin köməyi ilə gəldim; İlk dəfə müqəddəs ziyarətgahın qızıl günbəzini və müqəddəs binalarını görəndə çox təsirləndim. İmam Rzanın (ə) müqəddəs ziyarətgahı qəlbimdə izah edilə bilməyən bir aramlıq gətirdi və dəyişməklə bağlı qərarımı çox daha ciddi etdi”.

Argentinalı iş adamı daha sonra hər bir insanın xoşbəxtliyə çatmaq üçün daxili bir istəyinin olduğunu qeyd edərək, belə danışıb: “Bu istəyi İslamı qəbul edərək həyata keçirə biləcəyimi bildim”.

Rza İslamı qəbul etməsinin, həyatını Məşhədə səyahətdən əvvəlki və sonrakı iki fərqli dövrə ayırdığını bildirərək, belə danışıb: “İmam Rzanın (ə) müqəddəs ziyarətgahında olmağımla bağlı bu lütfü mənə bəxş etdiyi üçün Allaha şükür edirəm. Təhlükəsizlikdən və sakitlikdən zövq alıram.

Qurani Kərim həyatda mənim bələdçim olmuşdur və inanıram ki, bütün problemlərim və çətinliklərim bu ilahi kitaba müraciət etməklə və Allaha təvəkkül etməklə həll ediləcək”.

/deyerler.org/kerbela.info/