03 Noyabr 2025 - 3
Türkiyənin “Bilge Kadın” Dərnəyinin (BKD) başlatdığı “Müdrik Nəsillər Layihəsi” adlı beynəlxalq müsabiqəyə Gürcüstandan qatılan uşaqlardan “Alulbeyt”in Tbilisidəki mərkəzində imtahan götürülüb.
“Alulbeyt Gürcüstan” tərəfindən təşkil olunan bu tədbirdə 33 uşaq canlı, 2 uşaq online iştirak edib.
“Alulbeyt Gürcüstan”ın müəllimləri tərəfindən 35 uşağın dini bilikləri yoxlanılıb.
Müsabiqəyə qatılan bütün uşaqlar soruşulan sualları cavablandırıb və imtahanı uğurla başa vurublar.
“Alulbeyt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev bütün iştirakçılara təqdirnamə, həmçinin hədiyyələr təqdim edib.
Tədbir zamanı uşaqlar üçün meyvə və şirniyyat süfrəsi, sonda nahar verilib.
Qeyd edək ki, bu tədbir müsabiqənin birinci etapı idi. Bütün iştirakçılar püşkatmada iştirak etmə hüququ qazanıblar. Püşkatmada adı çıxanlar isə Kərbəla ziyarətinə göndəriləcəklər.
Az.shafaqna.com/Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto