21 Noyabr 2024 - 21
İranın Müqəddəs Məkanların Təmiri Qərargahının Mədəni İşlər Müavini Yusif Əfzəli bildirib ki, bu il ƏRBƏİN ziyarətində İran tərəfindən ən azı 500 mukəb zəvvarlara xidmət edəcək.
O, bu barədə qeydiyyatın başlandığını bildirərək əlavə edib: Hər il mukəb xidmətləri üçün verilən lisenziyanın müddəti bir il idi, bu il isə bu müddət 3 ilədək artırılıb.
Əfzəli vurğulayıb: Ümid edirəm ki, bu ilin ƏRBƏİN ziyarətində zəvvarların sayında heç bir məhdudiyyət olmayacaq və bu mərasimdə ən azı iki milyon iranlı iştirak edə biləcək. Əlbəttə bu addım İran və İraqın koronavirusla mübarizə qərargahının birgə qərarından sonra atıla bilər.
O həmçinin bildirib ki, ƏRBƏİN ziyarətində xidmət icazəsi alan mukəb üzvləri koronavirusa qarşı vaksin ediləcəklər.
Əfzəli əlavə edib ki, əgər iranlı zəvvarların ƏRBƏİN ziyarətinə qatılması mümkün olmasa həmin mukəblər daxildə İmam Hüseyn (ə) əzadarlarına xidmət göstərəcəklər.
İranın Müqəddəs Məkanların Təmiri Qərargahının Mədəni İşlər Müavini İraqın müqəddəs hərəmlərində gedən təmir-tikinti işləri bağlı məlumat verərək deyib: İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s) səhinin tikilməsi işi koronavirusa görə gecikdi və gələn altı ay ərzində başa çatacağı gözlənilir. Bu səhndən ƏRBƏİN mərasimi zamanı 100 min nəfər ziyarətçi istifadə edə biləcək. İmam Hüseyn (ə) hərəmində isə 3000 metrlik "Əqileyi-Bəni-Haşim" (s) səhni başa çatmaq üzərədir və bu il bu səhndən 50 minədək zəvvar istifadə edə biləcək.
/iqna/kerbela.info/