11 Dekabr 2024 - 11
"Bismillahir Rahmənir Rahim!
Təəssüf ki, bu il İmam Hüseyn (ə) sevənlər və əzadarlar dünyada görünməmiş möhtəşəm yürüşlə İmam Hüseynin (ə) ziyarətinə gedə bilmirlər. Bunun müxtəlif səbəbləri var. Əsas səbəb bu gün həqiqətən mövcud olan və insan sağlamlığını təhdid edən pandemiyadır.
Ərbəin, İmam Hüseynə (ə) gedən yol və Ərbəin günü İmam Hüseynin (ə) ziyarəti barədə nə deyilə bilər? İnsanı həqiqi inamdan və Allah sevgisindən yayındırmağa çalışan qeyri-insani, dinə qarşı ateist fikirlər daşıyan qeyri-ənənəvi mədəniyyətlərin bəşəriyyət üçün nəhəng bir təbliğatı başladığı zaman Ərbəin ziyarəti böyük bir rol oynayır. Bu ziyarət bütün inananların bir araya gəlməsi üçün böyük bir funksiyanı yerinə yetirir. Allahı sevənlərin diqqətini imanı və sevgini təmsil edən bu böyük yürüşə yönəldir. İmam Hüseynin (ə) inam və məhəbbəti Allaha olan sonsuz sevgisindəndir. Sevgi qurbangahına qalxdı və ən böyük fədakarlıq etdi, sahib olduğu hər şeyi və hətta həyatını verdi. Aləmlərin Rəbbi üçün hər şeyini sevgi qurbangahına qoydu və bununla da bütün insanlara qurtuluş üçün sevgi və iman xaricində başqa bir yol olmadığını göstərdi. İmam Hüseyn (ə) inancından, irqindən, dinindən, millətindən, cinsindən və s. asılı olmayaraq yer üzündəki hər bir insan üçün bir örnəkdir. Hər kəs üçün bir örnəkdir. Hər kəs üçün həqiqi və səmimi bir məhəbbət nümunəsidir. İmam Hüseyn (ə) bu sevgini bizə öyrətdi və öyrədir.
Sual: "Niyə Ərbəin insanlar üçün bu qədər vacibdir?"
Kərbəlayi Nuri: "Bu gün Ərbəin birliyin, vəhdətin simvoludur. Bu yürüşdə Ərbəinə qatılan hər kəs maddiyyanın onun üçün əhəmiyyətinin olmadığını göstərir, çünki dünyanın hər yerindən insanlar çətinlik və xərclərə baxmayaraq bu gün Kərbəlaya gəlməyə hazırdırlar. Bu insanlar Ərbəin günü çox böyük vəsaitlər xərcləyirlər ki, bu gün İmam Əlidən (ə) hərəmindən İmam Hüseynə (ə) hərəminə gedən bu yolu keçsin. Ərbəin günü İmam Hüseynin (ə) yanında olmağı xəyal edən, ziyarətə axın edən on milyonlarla, yüz milyonlarla insan qurban olmağa, İlahi yolla getməyə hazır olduqlarını, Allahı sevdiklərini, Rəbblərini sevdiklərini və imtina etməyə hazır olduqlarını bütün dünyaya bəyan edirlər."
Sual: "İnsanların Zühur ərəfəsində Ərbəin yürüşünə marağını və istəklərini necə izah edərdiniz?"
Kərbəlayi Nuri: "İnsanlar Rəbbini sevir və bu yürüş, bütün cahiliyyət paltarlarını ataraq bəşəriyyətin İmam Mehdinin (əf) zühurunu qəbul etməyə hazırlaşlığının əlamətidir. Bu bütün şeytani ideologiyalar üçün ciddi bir mesajdır."
Sual: "Bir ilahiyyatçı olaraq bu il Ərbəin ziyarətindən məhrum olan milyonlarla insana nə demək istərdiniz?"
Kərbəlayi Nuri: "Hər kəsə arzulayıram ki, Uca Allah bu xəstəliyi ən qısa zamanda aradan qaldırsın, Kərbəla yolunda İmam Hüseynə (ə) gedən maneələri aradan qaldırsın. İnşaAllah, gələn il bizə daha da böyük bir fürsət və qeyrət versin, daha da böyük bir enerji ilə İmam Hüseyni (ə) ziyarət edək.
Əssəlamu aleykum və rahmətullahi və bərakətuh! "
/Kerbela.info/Giperssilka.ru/