21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) o şəxsdi ki, xilqət başlanandan əzası başlanıb
29.01.2018

Əbuzərin bir qara dərili qulamı var idi, hədiyyə etmişdi onu İmam Hüseynə (ə). Onun hadisəsini də eşitmisiniz necə olub. Amma o qaradərili qulam vuruşmaq üçün meydana getdi başladı özünü tanıtdırmağa. Ərəblərdə adət bu cürdü ki, bir şəxs vuruşmaq üçün meydana girəndə bir şeir deyərlər, kimliklərin tanıtdırarlar "mən kiməm, atam kimdir, babam kimdir" deyə. Bu qaradərili qulam girdi meydana amma fərqli söz işlətdi. Dedi, "ay camaat mən heçəm, atam da heçdir, babam da heçdir, biz heç kəsik".

Ziyarəti Aşuranın axırlarında belə bir cümlə var: "Salam olsun sənə ya Hüseyn (ə) və salam olsun o ruhlara, o canlara ki, sənin yolunda özlərini həll etdilər, məhv etdilər". Bu qulam da məhv olub Hüseyndə (ə). Girib meydana deyir mənim bir hüsnüm, bir gözəlliyim var o da budur ki, səvərim Əba Abdullah Hüseyndir (ə). Mənim böyüyüm İmam Hüseyndir (ə). Mənim bir dənə gözəlliyim budur, amma elə bir gözəllikdir ki, dünyanın bütün gözəlliklətini, hər şeyini gətirib töksəniz qabağında heç nədir. Əsl gözəllik budur.

Bir İmam ki, xilqət başlanandan əzası başlanıb. Adəmin (ə) gözü düşdü o beş kimsənin nuruna. Adları sayılırdı bir-bir. İmam Hüseynə (ə) çatanda, yazırlar özündən ixtiyarsız qəhərləndi, gözlərindən yaş çıxdı. Soruşdu, "İlahi bu kimin adıdır ki, bunun adı gələndə mən ixtiyarsız məni ağlamaq tutdu? Cəbrail (ə) gəldi bir rövzə oxudu Adəm (ə) ağladı. Cəbrail (ə) buyurdu Adəm (ə) bu sənin övladlarındandır. Bunun balalarını Fəratın kənarında susuz öldürərlər, bunun ailəsi əsir düşər, bunun özünü suyun kənarında susuz öldürərlər, susuz başını bədənindən ayırarlar.