21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Fransalı yazıçı Muris Dekobranın İmam Hüseyn (ə) barədə dedikləri
05.02.2018


"Əgər bizim tarixçilərimiz bu günün (Aşuranın) mahiyyətini bilsəydilər və Aşuranın nə günü olduğunu anlasaydılar, bu əzadarlığı dəlilik adlandırmazdılar. Çünki İmam Hüseynin (ə) ardıcılları İmam Hüseyn (ə) üçün matəm saxlamaqla rəzilliyi, təslimçiliyi, müstəmləkə və istismarı qəbul etməməli olduqlarını bilirdilər. Çünki onların öndərinin və rəhbərinin şüarı zülmə təslim olmamaq idi.

Əgər İmam Hüseynin (ə) əza məclislərində hansı dəqiq məqamlardan söhbət getdiyini bir az dərindən araşdırsaq, onun xalqın namusunu və şərəfini qorumaq üçün, İslamın məqam və mərtəbəsinin böyüklüyü naminə öz canından, malından və övladından keçdiyinin, Yezidin müstəmləkəçiliyinə və macəraçılığına təslim olmadığının deyildiyini görərik.

Elə isə gəlin biz də onun yolunu örnək alaq və müstəmləkəçilərin (yadellilərin) əlaltısı olmaqdan xilas olaq. İzzətli ölümü zillətli həyatla əvəzləyək. Çünki izzətli və şərəfli ölüm zillətli həyatdan daha yaxşıdır. Beşikdən məzara qədər təlimləri belə olan xalqın hansı məqama sahib olduğuna şübhə yoxdur. Hər növ şərəf və iftixara malikdir. Hamısı gerçək şərəf və izzət əsgərləridir. Qeyd olunan və nəticələri təbii olan siyasi mənafedən başqa, müsəlmanlar bu əməliyyatda (İmam Hüseynin (ə) əzadarlığında) ən böyük axirət mükafatını görürlər. Tarixi bilənlər təsdiq edərlər ki, bu gün, hətta əsrlərdən bəri Orta Şərq xalqları arasında etik islahat və beynəlxalq təlimlər dindən başqa bir vasitə ilə qeyri-mümkündür."


Muris Dekobra