24 Noyabr 2024 - 24
İmam Hüseyn (ə) elə bir şəxsiyyətdir ki, bizə vacibdir onun şəxsiyyəti haqqında mütaliələr edək. İlk növbədə özümüz tanıyaq və bacardığımız qədər digər insanlara tanıda bilək. Böyük alimlərin kəlamlarından biri budur ki, əgər İslam dininin vücuda gəlməsinin səbəbi əziz peyğəmbərimizdirsə bu günümüzün indisinə qədər yaşamağının əsas səbəbkarı İmam Hüseyndir. Əgər İmam Hüseyn (ə) Kərbəla səhrasında o böyük inqilabı etməsəydi hazırda İslamdan əsər-əlamət qalmazdı.
Peyğəmbərimiz bizə bunu çatdırır ki, mən hansı hədəfə əsasən peyğəmbərliyə məbus olmuşdumsa həmin hədəfin yaşamasında İmam Hüseynin (ə) böyük inkar və olunmaz rolu var.
İmam Hüseyni (ə) Allah peyğəmbərdən qabaq Quranda tanıtdırır. Nümunə üçün işarə edirəm. Əhzab surəsinin 33-cü ayəsi, Allah bu ayədə Əhli-Beyti tanıtdırır. Əhli-beytdən biri də İmam Hüseyndir. Allahın Quranın əl-İnsan surəsində Əhli-beyt haqqında ayələri var. O cümlədən də İmam Hüseyn haqqında. Allah mübahilə ayısində də onlara işarə edir. Allah ayədə qeyd-şərtsiz buyurur, gərək onlara itaət edəsiniz. Və onların hamısının təfsiri bütün mənbələrdə açıqlanmışdır.