03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Əhli-sünnə hədislərində İmam Hüseyn
19.03.2018

Ənəs ibn Haris ibn Nubeyh atasından (Rəsulullahın Süffə əhlindən olan səhabələrindən idi) belə rəvayət edir. Rəsulullah (s) qucağında Hüseyni əyləşdirdiyi halda belə dediyini eşitdim. Bu oğlum İraq adlı bir yerdə şəhid olacaq. Həmin zamana qədər kim yaşasa ona kömək etsin.

Molla Muttəqi - Kənzul ummal; c. 12, səh. 126.

İbn Əsir - Usdul Ğabə, c. 1, səh. 349.

*** *** ***

Yəla ibn Mərra deyir: Rəsulullah (s) dedi: "Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hər kim onu sevsə Allah o, şəxsi sevər. Hüseyn nəvələrimdən biridir".

Tirmizi-Sunən, c. 5, səh. 618.

İbn Əsir-Usdul Ğabə, c. 2, səh. 20.

*** *** ***

Ənəs ibn Malik deyir: Rəsulullahdan sual edildi ki: Əhli-beytindən kim sənə daha əzizdir? Dedi: Həsən və Hüseyn. Rəsulullah qızı Fatiməyə oğullarımı yanıma çağır deyər, onları qucaqlayıb oxşayardı.

Tirmizi-Sunən, c. 5, səh. 615.

İbn Kəsir-Bidayə vən Nihayə, c. 8, səh. 223.

*** *** ***

Əbu Hureyrə deyir: Hüseyn ibn Əli Rəsulullahın yanında idi. Rəsulullah onu həddən çox sevirdi. Hüseyn dedi anamın yanına gedirəm. Mən Rəsulullahdan soruşdum: Onunla birgə gedim? Bu vaxt səmada bir şimşək yarandı və Hüseyn onun işığında evə gedib çatdı.

Təbərani–Mucəmul Kəbir, c. 3, səh. 52.

Muhibuddin Təbəri-Zəxairul Uqbə, səh. 132.

*** *** ***

Səlma deyir: Ummi Sələmənin yanına daxil oldum. Ağladığını görub niyə ağlayırsan?- deyə soruşdum. Cavabında dedi: yuxuda Rəsulullahı (s) gördüm. Saç ve saqqalı torpağ idi. Mən soruşdum: Nə olub sənə ya Rəsulullah (s)? Dedi (s): İndi Hüseynin qətlə yetirildiyini gördüm.

Tirmizi–Sunən, c. 2, səh. 306; c. 5, səh. 615.

Hakim Nişaburi–Mustədrak ələs Səhiheyn, c. 4, səh. 19-20.

Beyhəqi–Dəlailun Nubuvvə, c. 7, səh. 48.

İbn Həcər Əsqaləni–Təhzibut Təhzib, c. 2, səh. 356.

Muhibuddin Təbəri–Zəxairul uqbə, səh. 148.

İbn Əsir-Usdul Ğabə, c. 2, səh. 23.

*** *** ***

Ümmü Sələmə deyir: Mən cinlərin Hüseyn ibn Əli (ə) üçün nohə dediklərini eşitdim.


Əli ibn Əba Bəkr Heysəmi–Məcməuz zəvaid mənbəil Fəvaid, c. 9, səh. 199.

Təbərani–Mucəmul Kəbir, c. 3, səh. 5.

İbn Həcər–İsabə, c. 1, səh. 335.

İbn Həcər–Təhzibut Təhzib, c. 2, səh. 355.

*** *** ***

Zuhri nəql edir ki, Xəlifə Əbdul Məlik mənə dedi: Əgər sənə Hüseynin qətlə yetirildiiyi gündə hansı əlamətin baş verdiyini desə yaxşı insane olarsan. Dedim: Həmin gün beytul-müqəddəsdə qaldırılan hər bir daşın altından təzə qan axırdı. Əbdül Məlik dedi: Həqiqətən mən və sən bu hadisədə eyni fikirdəyik.

Təbərani–Mucəmul Kəbir, c. 3, səh. 119.

Əli ibn Əba Bəkr Heysəmi–Məcmauz zəvaid, c. 9, səh. 196.

*** *** ***

Zuhri deyir: Onu (yəni Hüseyni) qətlə yetirənlərdən elə bir kəs qalmadı ki, dünyada ikən öldürülmək, kor olmaq, rüsvay olmaq və qısa müddətdə mülkünün əlindən çıxması kimi cəzaya mübtəla olmasın.

İbn Həcər Heysəmi–Səvaiqul Muhriqa, səh. 115-116.