21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) Əhli-beyt içində parlaq bir ulduzdur. İmam Hüseynin (ə) məhərrəmində müsəlmanlar əza saxlayırlar. Çünki islam tarixində belə bir hadisə baş verdi. Müsəlmanlar yanlış təbliğat nəticəsində öz peyğəmbərlərinin balasını öldürdülər və buna görə şadlıq keçirdilər.
Əhli-beyt eşqi ilə, İmam Hüseyn (ə) eşqi ilə hərəkət edənlər həm bu dünyanı tapır, burada əziz yaşaya bilir, həm də axirətin izzəti onlarladır. Bu isə Əhli-beytin məhəbbətinə görədir.
Heç kəs istəməz ki, rəngli paltarlar geyinib, şadlıq etməsin və hər gün qara geyinsin. Amma, əgər Hüseyn (ə) özü istəsə necə, onda biz nə etməliyik? Mümkündür ki, belə deyilsin: İmam Hüseyn (ə) ağa şəhid olub və öz hədəfinə çatıb. Gəlin əlvan rəngli paltarlar geyinib şadlıq edək və Hüseyni təbrik edək. Heç də pis fikir deyil. Amma bunu onlar (Əhli-beyt) özləri istəmir.
Aşura günü oruc tutmaq məkruhdur. Çünki, Müaviyə oğlu Yəzid İmam Hüseyni (ə) öldürdükdən sonra dedilər: Allah bizə müvəffəqiyyət verdi və biz düşmənimizi aradan götürdük. Bunun şükrünü yerinə yetirmək üçün gəlin, oruc tutaq.
Əgər siz Hüseyni yad edib, ona məhəbbət göstərmək və onu yad etmək istəyirsinizsə, bunun yolunu biz (Əhli-beyt) sizə göstəririk. Necə ki, Allah buyurub: "Ey mənim bəndələrim siz bilirsiniz ki, mən sizə nemət vermişəm sizi yaratmışam, sizə sağlamlıq vermişəm, hava, su, torpaq, torpaq altında dəfinələr, xəzinələr, qızıl, gümüş, neft, qaz, hər şey, meşələr, nə lazımdırsa, çatışmayan nə qalıb? Əgər bir şey qalıbsa, deyin ya Allah sən onu bizə verməmisən. İndi əgər mənə təşəkkür etmək istəyirsiniz, onda təşəkkürün yolunu da mən təyin etməliyəm. Əgər ədəbli Adam olmaq istəyirsənsə, onda hər gün on yeddi rükət namaz qıl!"
"Yaxşılığın müqabilində yaxşılıq etmək" ağlın hökmüdür. İndi əgər, biz də İmam Hüseyn ağaya təşəkkür etmək istəyiriksə, yəni ya Hüseyn sən nə qədər qəhrəman, şərafətli insansan. Sən müharibə etdin. Zalımın qarşısında baş əymədin, dayanıb xütbə oxudun, şəhid oldun və bununla bizə, şərəf və izzət bəxş etdin. İndi biz səni yad etmək istəyiriksə, bunu necə edək? Buyurur ki, onu sizə mən deməliyəm. Mənim müsibətlərimi yad edin. Məhərrəm ayında, aşurada gözlərinizdən yaş tökün! Əgər belə etsəniz, mənə təşəkkür etmiş olarsınız. Demək, ağlamağı İmam özü bizdən istəyib. İmam Hüseyn ağaya ondan əvvəl Əli (ə) ağlayıb, Əlidən (ə) əvvəl Peyğəmbər (s) ağlayıb.
İmam Hüseyn (ə) ağanın öz dilindəndir: "Hər hansı bir insan mənə görə bir dəfə ağlasa, Allah mənim ehtiramıma xatir Cənnəti ona vacib edər. İmam Cəfər Sadiq (ə) buyurub: İki yerdə nəfəs çəkmək zikr savabındadır: Biri orucluqda, yəni Ramazan ayı. İkincisi isə Məhərrəm ayı, yaxud Hüseyn (ə), Əhli-beyt üçün qurulan məclisdə iştirak edən insanlar alıb verdikləri hər bir nəfəs də zikr etmiş kimi hesab edilirlər."
Yenə o həzrət buyurur: "Əgər bir Adam bizə görə narahat olarsa və qəmlənərsə, o qəm ibadət hesab edilər."
Əli Əkbər Ocaq Nejat