03 Dekabr 2025 - 3
Bu gün müsəlmanların üçüncü imamı Məhəmməd peyğəmbərin (s) ikinci nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, imam Hüseyn ibni Əlinin (ə) mövlud günüdür.
İmam Hüseyn hicri-qəməri tarixinin 4-cü ilində şaban ayının 3-də Mədinə şəhərində dünyaya gəlib
İmam ömrünün altı ilini babası Peyğəmbər ilə keçirib. Peyğəmbərin vəfatından sonra isə otuz il atası Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə döyüşlərdə atasını müdafiə etmişdi. Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmişdi.
Hicrətin 61-ci ilində baş verən Kərbəla hadisəsindən sonra məhz bu faciəyə münasibətlə, İmam Hüseynə dost və düşmənçilik meyarı ilə yaxşını pisdən, xeyiri şərdən ayırmağa başladılar. Peyğəmbər (s) buyurub:
«Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir"
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto