21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Gənclər İmam Hüseyn (ə) yolunu dini radikalizmdən necə ayırmalıdır?
20.11.2017

Gənclər üçün bu gün həqiqi dinlə, həqiqi dinin ətrafında müəyyən fikirlərin, baxışların radikalizmə meyilli cəhətlərin ayırd edilməsi üçün bu gün maarifləndirici proqramların, dərslərin, xüsusi hazırlanmış layihələrin, simpoziumların, konfransların xüsusi əhəmiyyəti var. Bunlar da təşkil olunmalıdır ki, onlar həqiqi islamla radikalizm meyillərini bir-birindən ayıra bilsinlər.

Əgər mövzumuz İmam Hüseynlə (ə) bağlıdırsa, biz bunu belə izah edə bilərik ki, ilkin növbədə İslamı dəyərləndirmək istəyən şəxs İslamın əsas prinsiplərini bir-birindən ayırd edə bilməlidir. İlk növbədə tövhid prinsipini dəqiqliklə analiz etməlidir və cəmiyyət tövhid prinsipindən xəbərdar olmalıdır ki, İmam Hüseynin (ə) əsas hərəkəti, əsas davranışı tövhid prinsipi üzərindən idi. O tövhid prinsipi ki, Qurani-Kərimin Bəqərə surəsində Allah buyurur: "Pak kəlmə pak ağac kimidir. O pak ağac ki, hər il Allahın izni ilə meyvələr verir"

Biz deyirik "Lə ilahə illəllah", yəni pak kəlmə. "Allahdan başqa Allah yoxdur" kəlməsi pak kəlmədir. Bir də küfr kəlməsi ki, Allahın zatına şərik qoşmaqdan ibarətdir. Bu da küfr kəlməsidir ki, Allah Quran ayəsində bunu pis bir ağaca - çürümüş bir ağaca bənzədir . Yəni kökü olmayan, meyvəsi olmayan davamı olmayan bir ağaca bənzədir. İmam Hüseynin (ə) hərəkatı tövhid prinsipi üzərində olduğu üçün, "Lə ilahə illəllah", kəlməsinin dirçəldilməsi üzərində olduğu üçün eynilə pak ağaca bənzəyir.

Pak ağac ki, hər il öz meyvəsin verir. Bu, məsələnin birinci tərəfidir. İmam Hüseyni (ə) bununla yanaşı, saleh bir bəndə kimi də dəyərləndirmək lazımdır. Qurani-Kərimin Bəqərə surəsinin 30-cu ayəsində görürük ki, Allah, "Bir gün yer üzündə xəlifəmi yaradacağam" dediyi zaman mələklər bilməzlik üzündən etiraz edirlər ki, "Sən yer üzündə qan tökən, fəsad törədən varlıqmı yaratmaq istəyirsən?" və Allah öz isimlərini Adəmə (ə) öyrətdikdən sonra mələklər deyirlər ki, biz bilmirik, Sən yaxşı bilirsən.

Burada çox maraqlı bir nöqtə var. Mələklərin bu etirazı zamanı belə bir məsələ ortaya çıxır; Mələklər də bir növ dolayı yolla bildirirlər ki, Allahın xəlifəsi fitnə-fəsad törədən, qan tökən varlıq olmamalıdır. Allahın xəlifəsi necə olmalıdır? Allahın xəlifəsi saleh bir bəndə olmalıdır, islahedici bir şəxs olmalıdır və biz İmam Hüseynin (ə) dövrünə nəzər yetirdikdə görürük ki, iki şəxs qarşı qarşıya dayanıb; biri saleh bir bəndə, yəni islah edən bir bəndə, bir tərəfdə isə fəsad törədən, qan tökən bəndə durub. Yəni, bir tərəfdə Allahın xəlifəsi, bir tərəfdədə mələklərin etirazla dediyi o şəxs ki, xəlifə heç zaman qan tökən fəsad törədən olmaz.

Hansı ki, onun nümunəsi də Yezid ibn Müaviyyənin timsalında idi və fikir verin, burada Qurani-Kərim fitnə-fəsad törətməyi radikalizm kimi göstərir və biz görürük ki, İmam Hüseyn (ə) əks cəbhədə, yəni saleh bəndə, islahedici bəndə numunəsidir.

İmam Hüseynin (ə) öz sözü ilə desək: "Mən yalnız və yalnız cəddimin ümmətini islahı eləmək üçün qarşı çıxdım." Bu ifadə bizə bəyan edir ki, İmam Hüseynin (ə) hərəkatı islah xarakterilidir və islah da radikalzmin əksidir. Radikalizmin ziddi olduğuna görə İmam Hüseynin (ə) davamçıları (bu günləri onun yolunu getmək istəyən şəxslər) əsas prinsip olaraq İmam Hüseynin (ə) hərəkatının ana qayəsini unutmamalıdır. Bu ana qayə islahedicilikdir. Yəni ilkin növbədə qan tökməyin əksinə olaraq islahedicilik xüsusiyyəti daşımalıdır. Bu birinci məsələ.

İkinci məsələdə İmam Hüseynin (ə) sözündən gözəl mətləb ortaya çıxır: "Cəddimin ümmətinin islahı". Fikir versək, bir şeyi görərik ki, bu ifadədə maraqlı bir məsələ var, yəni "ümmət" ifadəsi var. Ümmət ifadəsi budur ki, bölücülük, ayrımçılıq yox, ümmətin islahı yəni sırf hansısa məzhəbə xas bir məsələ deyil, ümmət məsələsi var.

Bu gün hansısa "Şəharul Hüseyniyyə", yəni İmam Hüseynin (ə) hərəkatını yaşatmaq üçün ilbəil edilən əzadarlıq numunələri də İmam Hüseynin (ə) ana hədəfinə uyğun olmalıdır. Necə ki, imamın əsas hədəfi islahedicilik xarakteri daşıyır və hansısa bir şüar hansısa bir simvol ki, bu gün bizlərə çatdırılır, bu da İmam Hüseynin (ə) şüarından olub.

Amma indi görürük ki, o İmam Hüseynin (ə) ana hədəfinə ziddir. Demək bu Hüseyni bir şüar sayılmamalıdır, Hüseyni bir hədəf sayılmamalıdır və ana hədəf olan islahedicilik xarakterinə uyğun olmalıdır.
Baxmayaraq ki, say çoxluğu var, baxmayaraq ki, əksəriyyət bu gün İmam Hüseynə (ə) əza saxlayır, amma bununla paralel şəkildə düzgün əzadarlıq da təbliğ olunmalıdır və bunun üçün də əvvəldə dediyimiz kimi təlimatlara ehtiyac var.
Bu, konfrans şəklində, simpozium şəklində, jurnallar şəklində, kitab şəklində və müxtəlif formalarda cəmiyyətə təbliğ olunmalıdır və İslamın ana prinsiplərinin radikalizmə qarşı olduğu cəmiyyətə çatdırılmalıdır.

Hacı Samir Əzizov