23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Allahın ərşində İmam Hüseynlə bağlı hansı ifadə yer alıb?
18.06.2018


İmam Hüseyn (ə) hidayət çırağıdır. Yəni yol göstərən bir işıqdır. Nicat gəmisidir, xilas gəmisidir, xilas olma vasitəsidir.

İmam Hüseyn buyurur: "Allahın peyğəmbərinin yanına getdim İbn Ubey Kəb onun yanında idi. Allahın peyğəmbəri mənə dedi: "Xoş gəlmisən ey Əba Abdullah, ey göylərin və yerlərin zinəti, bəzəyi". Ubey peyğəmbərə dedi: "Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun? Peyğəmbər buyurdu: "Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqamı və dərəcəsi yerdəki məqamından daha üstündür. Allahın ərşinin sağ tərəfində yazılıb ki, Hüseyn hidayət çırağı və Nicat gəmisidir. Yorulmaz, izzətli, fəxr olunlamı, yol göstərən imam və qiymətli azuqədir."

Göylər İmam Hüseyni tanıyır. Bütün varlıq aləmi Əba Abdullahı tanıyır. İmam Hüseyn (ə) Allah dərgahında hidayət çırağı kimi tanınır, nicat gəmisi kimi tanınır. Bütün peyğəmbərlər hidayət çırağı olublar, bütün məsumlar da hidayət çırağıdırlar, amma İmam Hüseynin xüsusi özünə məxsus bir yeri var ki, Nicat gəmisi olmaqlığı xüsusi vurğulanır. Ümmətin qaranlıq zülmətə büründüyü bir zamanda Əba Abdullahın vücudu hidayət çırağı kimi tam nuraniyyəti ilə təzahür tapır. Qiyamət gününə qədər bütün bu qaranlıq və zülmətlərin içində İmam Hüseynin mübarək vücudu və mübarək Kərbəlası hədəfə çatdıran bir nurani vasitədir.

Ümmət Əməvi fitnələrinin içində boğulan zaman Əba Abdullah İmam Hüseynin mübarək vücudu Nicat gəmisi kimi tam xilaskarlığı ilə meydana çıxır və Qiyamət gününə qədər olası bütün fitnələrin hamısının içində batmamaq üçün vasitədir. Desək ki, Məhərrəm və Səfər əyyamı Hidahət çırağı olan bir əyyamdır. Tam yerində demiş olarıq.

İlqar İbrahimoğlu