20 May 2024 - 20

20 May 2024 - 20

09.07.2018

İmam Hüseyn (ə) deyir peyğəmbərin yanına daxil oldum onun yanında Ubəy ibn Kəb adlı səhabəsi var idi. Peyğəmbər məni görən kimi, belə dedi: “Salam olsun sənə ey Hüseyn, ey göylərin və yerin zinəti.” Peyğəmbər bunu deyəndən sonra Ubəy ibn Kəb təəccüblə soruşdu ki, Ya Rəsulullah məgər bu dünyada elə bir şəxsiyyət vardır ki, səndən başqa yerlərin və göylərin zinəti olsun?


Peyğəmbər buyurdu: "Ya Ubəy! And olsun o Allaha ki, məni peyğəmbərliyə məbus edib, Əlinin övladı olan Hüseynin göylərdə olan dəyəri yerlərdə olan dəyərindən daha çoxdur."

Burada peyğəmbərimiz nəinki Ubəy ibn Kəbə, İmam Hüseyni həmçinin sizlərə, bizlərə tanıtdırır. Həqiqətən ərşin kənarında həzrət barəsində bu cümlələr yazılıb: “Hüseyn hidayət çırağı və nicat gəmisidir.” Bu da məşhur hədisdir. Peyğəmbərimiz dəfələrlə bu hədisi buyurmuşdur.


Firuz Yaşaroğlu