21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin Quranla bənzərliyi
16.07.2018

Böyük alimlərimizdən biri Şeyx Şüştərinin "Vəsasisül-Hüseyniyyə" əsərində İmam Hüseynin Quranla oxşarlığını qeyd edərək buyurur: "Quran Allahın samit kitabıdır yəni danışmayan kitabıdır. İmam Hüseyn (ə) isə Allahın danışan kitabıdır. Quran insanları öz yazıları ilə hidayət edib düz yola gətirir. Amma İmam Hüseyn öz rəftarı və danışığı ilə insanları düz yola gətirir".

Allah-Təala Qurani-Kərimdə bu kitabın adlarını yazır. Bir adı Furqan yazır, yəni haqqı batildən ayıran. Digər bir adı Hüda kimi qeyd olunub, yəni yol göstərən. Əziz Peyğəmbəimiz də İmam Hüseynin haqqında buna oxşar kəlmələr işlədərək buyurur: “Hüseyn hidayət çırağı və nicat gəmisidir.

İslam Peyğəmbəri dəfələrlə Qurani-Kərimi və öz Əhli-Beytini müsəlmanlara tapşırmışdır. Və bu ikisini bir-birindən ayırmamağı tövsiyyə etmişdir. Bu barədə məşhur olan bir “Səqəleyn” hədisində əziz Peyğəmbərimiz buyurur: "Mən sizin aranızda iki ağır əmanət qoyuram. Onlardan biri Allahın kitabı Quran, digəri isə itrətim, Əhli-Beytimdir. Onların ikisindən də möhkəm yapışsanız nicat taparınız. Əgər onları bir-birindən ayırsanız zəlalətə düçar olarsınız".

Qurban Qurbanov