21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

“Seyyidiş-şühəda” ləqəbi
25.11.2017

Seyidiş-şühəda ləqəbi əvvəlcə Peyğəmbərin (s) əmisi Həmzəyə verilmişdi, Lakin sonradan tamamilə İmam Hüseyn (ə)-a məxsus oldu. İmam Hüseynin (ə) şəhadəti onları unutdurdu. Onun səhabələrinin də vəziyyəti elə formada idi ki, bütün əvvəlki şəhidləri ötüb keçdilər. İmamın səhabələri həm dost, həmdə düşmən tərəfindən azad və ixtiyar sahibi idilər. İmam Hüseyn (ə) onlara dedi ki, Bunların yalnız mənimlə işi var. İmam özü şəxsən onlara getmək icazəsi verərək gecənin qaranlığından istifadə etməyi məsləhət gördü. Başını da aşağı saldı ki, baxışların toqquşması onları utandırmasın. Odur ki, nə Tariq İbn Ziyadın səhabələri kimi düşmən tərəfdən sıxıntıda idilər, Tariq gəmiləri və azuqəni (bir günün yeməyindən artıq saxlamadı) tamamilə yandırmışdı, nə də dost onlardan kömək istəyərək onları utandırmışdı. Hətta baxışının onlara təsir etməsindən də çəkinirdi. Bura süvarilərin yükünü endirdiyi yer və aşiqlərin qətl meydanıdır. Bunlar elə şəhidlərdir ki, nə onlardan qabaqkılar onları ötüb keçər, nə də sonrakılar onlara çata bilər.

Şəhid Mürtəza Mütəhhəri