21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseyn və bağışlamaq
20.07.2018

Vəziyyəti təsəvvür edin: Hüseyn və səhabələri öz qadınları və uşaqları ilə birlikdə Məkkəni tərk edirlər və Kərbəlaya tərəf üz tuturlar. Burada yekun döyüş baş verəcək

Bütün yol boyunca onları Hürr adlanan şəxsin rəhbərlik etdiyi ordu bölməsi müşayiət edir. Bu qoşun onları müəyyən bir istiqamətə doğru hərəkət etməyə məcbur edir, onlara geriyə qayıtmağa icazə verilmir.

Bir gün onlar Hüseynin düşərgəsinə yaxınlaşırlar. Hüseyn hiss edir ki, əsgərlər və onların atları susuzdurlar, buna görə də o, öz suyunu onlarla bölüşür. Təsəvvür edin, səhrada su nə deməkdir. Lakin o, qayğıkeşlik və səxavət nümayiş etdirərək suyunu onlarla bölüşür.

Bir neçə gün sonra isə artıq döyüş meydanındayıq, Hürr isə Hüseynə qarşı vuruşmaq üçün düşmənlə ciddi hazırlıq işləri görüb. Lakin Hüseynin qayğıkeşlik və səxavəti qarşısında Hürrün qəlbi dəyişir. O, döyüş mövqeyini dəyişərək Hüseynin düşərgəsinə tərəf hərəkət edir və Hüseynin qarşısında diz çökərək özünü onun ayaqları altına atır. Bu sözləri deyir, səni bu məkana gətirən mənəm, səni burada ölümə tərəf gətirən şəxs mənəm, məni bağışla.

Hüseyn əyilərək onun əlindən tutur, onu ayağa qaldırır, onun insani ləyaqətini bərpa edir və onu bağışlayır. Beləliklə Hürr yenidən silahına sarılaraq Hüseynlə birlikdə vuruşur.

Çünki o, Hüseynin insani keyfiyyətlərini görərək dərindən sarsılmışdı, Hüseynin əxlaqı, onun alicənab ruhiyyəsi, səxavəti, mərhəməti Hürrü təsirləndirmişdi. Hürr bunların müqabilində bir də öz daxilinə nəzər salır və beləliklə Hüseyndən bağışlanmaq istəyir.

Professor Kris Hyuer (Mühazirəçi)