08 May 2024 - 8

08 May 2024 - 8

Yuxuda şəhidlik müjdəsi verilmiş qəhrəman - Video
24.07.2018

Olduqca mehr-məhəbbətli, qonaqpərvər və fədakar ailənin və dostlarının qonaqlarına göstərdikləri münasibət insanı duyğulandırmaya bilməzdi. Əslində belə bir fədakarlıq nümunəsi təəccüb də doğurmadı. Çünki şəhidlərin böyüdükləri ailə, kənd, el-oba mütləq formada belə olmalıdır ki, oradan məhz şəhid Elvin kimi dəyərli övladlar yetişsin.

Şəhid Elvin Mirzəyevin keçdiyi həyat yolu haqqında, əzizlərinin, müəllimlərinin, dostlarının və əsgər yoldaşlarının söylədikləri bir daha sübut etdi ki, şəhidlik hər kəsə nəsib olan bir zirvə deyil. Bunun üçün şəhidlikdən öncə bu dəyərə uyğun sədaqətli, dürüst və pak ömür sürmək vacibdir ki, Elvin Mirzəyev də bu cür qəhrəmanlardandır.

/İslaminSesi.org/