27 Aprel 2024 - 27 1445

27 Aprel 2024 - 27 1445

13 kəndi
03.08.2021

1959-cu ilin 21 iyununda İmişli rayonunda anadan olub. Müharbənin ilk günlərindən o, sinəsini vətən yolunda sipər edib. 1992-ci ildən könüllülər taboruna yazılıb. Məşədi Rəhim 13 kəndin azad edilməsində göstərdiyi şücaəti ilə tanınmışdı. O, bu döyüşlərdə ağır yaralanır, lakin geri çəkilmir, sona qədər döyüşür.

Bu gün 61 yaşı tamam olan Şəhidimizi Məşədi Rəhim deyə çağırırdılar. Onun tağımı bütün döyüşlərə "Allahu Əkbər" sədaları ilə girirdi.

Rəhim Alışov dindar idi. O, islam dinini öyrəndiyi ustadı, axund Məşədi Alıməmmədlə birgə döyüşə atılmışdı. Hər ikisi İslamın ən yüksək ən yüksək məqamına Şəhadətə ucaldı.

Hazırda İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin orta məktəbi Şəhidimiz Məşədi Rəhimin adını daşıyır.

Ruhunuz şad olsun!

/Vetenugrunda.az/Kerbela.info/