03 Dekabr 2025 - 3
Hindistanın Heydərabad şəhərindən 8 zəvvar piyada 6 ay müddətinə Kərbəlaya səfər edib.
Hindistanın Heydərabad şəhərindən olan Əhli-beyt ardıcılları İmam Hüseyn (ə) eşqinə uzun məsafəni piyada səfər edərək Kərbəla şəhərinə çatıb.
“Biz Heydərabaddan 2300 kilometr yolu piyada Pakistan sərhəddinə kimi getdik, Pakistan sərhəddində bizə keçməyə icazə vermədikləri üçün Mumbai şəhərinə qayıdıb, oradan İrana təyyarə ilə gəldik. İranın Kirman şəhərindən Kərbəlaya kimi olan 1300 kilometrlik məsafəni yenidən piyada səfər etdik”,-deyə 8 nəfərlik qrupun üzvlərindən olan seyid Saqib Ziya Nəqi bildirib.
O qeyd edib ki, biz səfər zamanı çox çətinliklərlə üzləşdik, lakin İmam Hüseynin (ə) lütfü ilə bütün çətinliklər bizim üçün asan oldu. Biz gündə 25-30 kilometr yol gedirdik.
/“hawzahnews”/Maide.Az/
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto