21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin nə üçün hər il izdihamlı və əzəmətli keçir?
03.08.2018

İmam Hüseynin Ərbəin ziyarəti hər il keçdikcə daha möhtəşəm, daha əzəmətli və daha izdihamlı şəkildə qeyd olunur. Və Ərbəinin bu şəkildə izdihamlı qeyd olunması bəzən insanlarda sual yaradır ki, nə üçün digər imamların Ərbəin məclislərində bu qədər izdiham mövcud deyil, amma İmam Hüseyndə daha izdihamlıdır. Əlbəttə bu sualın cavabı çox geniş və ətraflıdır, amma bir nöqtəyə işarə etmək istəyirəm. Baxın həzrət Rəsulullah dini gətirdi, insanları bütpərəstlikdən xilas edib, insanıarı təkallahlığa, tövhidə yönəltdi. Bəşər tövhidi yenicə həzm etmişdi, qəbul etmişdi ki, bir fırtına gəldi istəyirdi onu məhv edə. İmam Hüseynin qiyamı isə tövhidi canlandırdı və yenilədi. Belə deyək din ölmüşdü, dini yenidən diriltdi.

Və bildiyiniz kimi Ərbəin də, Aşuranın diri saxlanması da Xanım Zeynəbin sayəsində oldu. Xanım Zeynəb (ə) Kərbəlanın qəhrəmanı adlanır. Həzrət Rəsulullah dini gətirmişdi, sonra din yatmışdı, İmam Hüseynin Aşurası dini qaldırdı. Aşura qiyamını Xanım Zeynəb diriltdi. Bunlar elə bir-birinə bağlıdır.

Amma Ərbəin nə üçün izdihamlıdır? İmam Hüseynin Ərbəini Aşura qiyamının mahiyyətini diri saxlayır. Orada bir ilahi qüvvə var. Yəni bu cür deyil ki, insanlar bu qədər təbliğ ediblər Ərbəin daha rəngli olub. Xeyr! Orada bir ilahi qüvvə var. Düşünürəm orada Xanım Zeynəbin göz yaşları var idi, orada Əbəlfəzin duaları var idi, orada xanım Rüqəyyanın nalələri var idi. Bunlar hamısı üst-üstə yığılıb bir eşq diyarına çevrilirmişdi Kərbəlanı. Odur ki, hər il aşiqlər eşq diyarına, Ərbəin zamanı izdihamlı şəkildə yürüş edirlər və İmam Hüseynin Ərbəini hər il yenilənir. Burada həm əqli bir təhlil var, həm də eşq təhlili var. Eşq və əql təhlili ikisi bir-birinə qarışıb Ərbəini təşkil edib.


Rahid Kərimov